BMU -da Perulu tələbələr mədəniyyətlərini sərgiləyiblər BMU -da Perulu tələbələr mədəniyyətlərini sərgiləyiblər

, baxılıb - 360 dəfə

Bakı Mühəndislik Universiteti xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin təşkilatçılığı ilə universitetdə “Peru-Azərbaycan Əlaqələri” adlı tədbir keçirilib.

   Perunun ölkəmizdəki səfiri   Luis Chang Boldrini BMU –nun rektoru, professor Havar Məmmədov ilə görüşüb. Görüşdə  səfirə universitet haqqında ətraflı məlumat verilib və fikir mübadiləsi aparılıb. Rektor tələbələrin sosial fəallığı nəticəsində universitetdə fərqli mühitin formalaşdığını diqqətə çatdırıb. Universitetdə təhsil alan xarici tələbələrin də universitet həyatına rəng qatdığını xüsusi vurğulayıb.

  Səfir Luis Chang Boldrini Azərbaycanla ölkəsi arasında əlaqələrin yüksək səviyyədə olduğunu və xüsusən təhsil sahəsində əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətindən danışıb. Bu səbəbdən də Peru universitetləri ilə BMU arasında əməkdaşlığın qurulması görüşün əsas müzakirə mövzusu  olub.

    Rəsmi  görüşdən sonra səfir Luis Chang Boldrini müəllim və tələbələrə Perunun tarixi haqqında məlumat verib. Auditoriyanin Peru haqqında suallarını cavablandırıb.

   Tədbir çərçivəsində  universitetdə təhsil alan Perulu tələbələr tərəfindən Peru mədəniyyəti və  milli yeməkləri sərgilənib.

 

 

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018