BMU-da P&EMakers’ DAYS tədbiri keçirilir BMU-da P&EMakers’ DAYS tədbiri keçirilir

, baxılıb - 100 dəfə

Bakı Mühəndislik Universiteti ixtisasından asılı olmayaraq tələbələrinin müasir texnologiyalar və robotlaşma  texnologiyaları sahəsində inkişafı üçün hərtərəfli şərait yaradır. Bu məqsədlə xarici və yerli şirkət nümayəndələri, bu sahənin mütəxəssisləri universitetə dəvət olunur.  Onların tələbələrlə görüşü təşkil olunur, seminarları dinlənilir. İndiki dövrdə hər kəsə aydındır ki, inkişafın yolu nəzəriyyə ilə  təcrübənin vəhdətindən keçir.

 

 

Bunun üçün təhsil müəssisələri ilə biznes qurumları və professional mütəxəssislər arasında əlaqələrin genişləndirilməsi olduqca əhəmiyyətlidir. Ölkəmizdə fəaliyyət göstərən şirkətlər də sosial məsuliyyət prinsiplərinə sadiq qalaraq gənclərin gələcək peşəkar inkişafına dəstək vermək məsələsində fəallıq göstərirlər. BMU –da  “Öyrən, Öyrə, Qur, İnkişaf et....” şüarı ilə bu gün başlayan və iki gün davam edəcək “P&EMakers’ Days” tədbiri bu vəhdətin bariz nümunəsidir. Tədbirin məqsədi,  tələbələrin sektordakı böyük firma, şirkətlər və professional mütəxəssislərin işləri və onların öz yeni texnologiyaları ilə əlaqəli məlumat ala bilmələri, eyni zamanda bu firma və şirkətlərin gələcəyin mühəndisləri ilə bu gündən tanış olub, onlara öz iş təcrübələrindən bəhs edərək daha keyfiyyətli yeni kadrların yetişməsidir. Tədbir universitetin tələbələrindən ibarət “ProgElectro” komandası tərəfindən təşkil edilib. 4 Ay müddətində hazırlıq işləri aparılmış tədbirə şirkətlər diqqətlə yanaşmış və sponsorluq etmişlər.

Tədbirin ilk günü Cavid Məmmədov, Elvin Dadaşsoy, Anar Rüstəmov və Orxan Şahbazovun təqdimatında ardıcıl olaraq “Elektronika sahəsinin hazırki vəziyyəti”, “Biznes Psixologiyası”, “Şəxsi həyatımızın layihə rəhbəri” ,  “Dağ” və s. adlı məruzələri dinlənilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.

Tədbirin ikinci günündə də məruzələr dinləniləcək və tələbələr tərəfindən hazırlanmış robotexnologiya məhsulları arasında yarışma təşkil olunacaq. Qaliblər təşkilatçılar tərəfindən mükafatlandırılacaq.

“ProgElectro” komandası ölkəmizdə Robotika sənayesinin inkişafını və gənclərin bu sahəyə diqqətini çəkmək məqsədi ilə ənənəvi olaraq hər il noyabr ayında akademik heyət, mühəndis və tələbələri P&E Makers’ DAYS-də görüşdürməyi planlayır.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2017