BMU-da Mülki Müdafiə təlimləri keçirilib BMU-da Mülki Müdafiə təlimləri keçirilib

, baxılıb - 490 dəfə

   Bakı Mühəndislik Universitetində  2018-ci il üçün Mülki Müdafiə üzrə tədbirlər planı çərçivəsində, “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılmasında mülki müdafiə orqan və qüvvələrinin idarə olunması” mövzusunda mülki müdafiə təlimi keçirilib.

  Tədbirdə BMU-nun rektoru, Mülki müdafiə rəhbəri professor Havar Məmmədov, universitetin hərbiləşdirilməmiş mülki müdafiə qüvvələri, tələbələr, eləcə də Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional mərkəzinin mülki müdafiə üzrə rəisi mayor Emil Əliyev və idarənin şəxsi heyəti, Qızıl Aypara Cəmiyyətinin xilas etmə dəstələri, Təcili və təxirəsalınmaz tibbi yardım maşınları və Abşeron rayon Yanğından mühafizə hissəsinin maşınları cəlb ediliblər.

   Təlimin keçirilməsində əsas məqsəd, baş verə biləcək istehsalat qəzaları və digər fövqəladə hadisələr zamanı işçilərin  və tələbələrin mühafizəsinin təmin edilməsi, ilkin qəza xilas etmə və yanğın söndürmə qüvvələrinin hadisələrin qarşısının alınması üzrə tədbirlərin həyata keçirilməsinin və cəlb edilən rayon qüvvələri arasında qarşılıqlı fəaliyyətinin, eləcə də rəhbərlik tərəfindən idarə etmənin təşkilinin yoxlanılması olub.

   Tədbirdə, fövqəladə hadisələr zamanı verilən məlumatlar əsasında işçilərin və tələbələrin təhlükəli ərazidən təxliyyə edilməsi, qəza yerində kəşfiyyatın təşkili, xəsarət alanların qəza zonasından çıxarılması və onlara ilkin tibbi yardımın göstərilməsi, eləcə də baş vermiş yanğının söndürülməsi zamanı obyekt qüvvələri ilə FHN Yanğından Mühafizə Hissəsinin qüvvələri arasında qarşılıqlı fəaliyyət yüksək səviyyədə təşkil edilmişdir.

   Sonda BMU-nun rektoru, Mülki Müdafiənin rəhbəri professor Havar Məmmədovun rəhbərliyi ilə təlimin yekunu keçirilmiş və aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə müvafiq tövsiyə və tapşırıqlar verilib.

 

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020