BMU-da KPMG şirkətinin Karyera günü keçirilib BMU-da KPMG şirkətinin Karyera günü keçirilib

, baxılıb - 57 dəfə

 

 Bakı Mühəndislik Universitetində universitetin müəssisələrlə əlaqələr və karyera departamentinin təşkilatçılığı ilə KPMG Azərbaycan şirkətinin Karyera günü keçirilib. Proqramda Maliyyə, Mühasibat uçotu və audit, Biznesin idarə edilməsi ixtisasları üzrə təhsil alan  bakalavr 3-cü, 4-cü kurs tələbələri  və magistratura tələbələri iştirak ediblər. Tədbirdə iştirak edən tələbələr müəyyən olunmuş müddətdə şirkətin saytından “BEU Audit” vəya “BEU Tax” seçərək qeydiyyatdan keçiblər.

Müəssisələrlə əlaqələr və karyera departamentinin direktoru Təyyar Mustafayev BMU-nun cəmiyyətimizdə fərqli bir universitet kimi qəbul olunduğunu və fərqliliklərindən birinin elə iş dünyası ilə yüksək səviyyədə əlaqələrinin olmasını qeyd edib. Dünyada məhşur olan KPMG şirkəti ilə əlaqələrin məzunlarımızın gələcək karyerasındakı rolundan da danışıb.

     KPMG şirkətinin Karyera günündə iştirak edən  nümayəndələri Kərim Daiyev, Qaya Əzimov və Aydan Bədəlov şirkətin fəaliyyəti haqqında ətraflı məlumat veriblər. Bildiriblər ki, şirkət dünyanın 154 ölkəsində audit vergi biznes və hüquq məsləhətləri xidməti göstərir. Azərbaycanda isə əsasən vergi və audit xidməti göstərir. Tələbələrin imtahanlarda iştirak edərək təcrübə keçmə haqqı əldə etmələri onların gələcəkdə savadlı auditor olmalarında və şirkətdə işlə təmin olunmalarında mühüm rol oynayacaqlarını qeyd ediblər.

Karyera günününsonunda KPMG Audit və Vergi Departamentlərində ödənişli təcrübə proqramı üzrə CV-lərin verilməsi və seçim prosesinin ilkin mərhələsi olan Online Test imtahanı həyata keçirilib.

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018