BMU-da Heydər Əliyevin anım mərasimi keçirilib BMU-da Heydər Əliyevin anım mərasimi keçirilib

, baxılıb - 268 dəfə

 

 

Bakı Mühəndislik Universitetində (BMU) Ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

BMU-dan Hafta.az-a verilən məlumata görə,mərasimdə universitetin müəllim–tələbə heyəti ilə yanaşı YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev də iştirak edib. Öncə Ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və ardından ulu öndərin həyatından bəhs edən sənədli film nümayiş olunub.

Universitetin rektoru, professor Havar Məmmədov mərasimdə çıxış edərək Ulu öndərin həyat və fəaliyyəti haqqında mərasim iştirakçılarına məlumat verib. Bildirib ki, Heydər Əliyev bütün ömrünü istər sovet imperiyası dönəmində, istərsə də Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından sonrakı dövrlərdə də Azərbaycan xalqına, Azərbaycan dövlətinin möhkəmlənməsinə həsr edib. Rektor, Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində Ermənistanın Azərbaycana qarşı təcavüzünün davam etməsi, eləcə də daxili çəkişmələrin baş verdiyi bir zamanda ulu öndərin Azərbaycanın müstəqilliyin qorunub saxlanılmasında misilsiz xidmətlərinin olduğunu bildirib, onun apardığı siyasət nəticəsində Dağlıq Qarabağ münaqişəsində atəşkəs rejiminin əldə olunduğunu, Ermənistanın təcavüzkar siyasətinin, ölkəmizin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyinin dünya ictimaiyyətinin diqqətinə çatdırıldığını qeyd edib. Heydər Əliyevin Azərbaycanda bütün sahələrin inkişafının əsasını qoyduğunu vurğulayaraq rektor, ölkəmizin bu gün də möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən sürətlə irəliyə doğru aparıldığını diqqətə çatdırıb.

Daha sonra çıxış edən YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev bildirib ki,YAP-ın qurucusu ulu öndər Heydər Əliyev son dərəcə mürəkkəb, ağır bir dövrdə xalqın tələbi ilə ikinci dəfə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürməsəydi, bugünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycandan danışmaq mümkün olmazdı. O, bildirib ki, ulu öndərin yaratdığı müstəqil Azərbaycan, Prezident İlham Əliyevin rəhbərliyi ilə günü-gündən inkişaf edir, qüdrətlənir.

BMU-nun iqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri olan Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Amil Abdullayev və YAP Gənclər təşkilatının sədr müavini Sənan Məmmədov Heydər Əliyevin liderlik xüsusiyyətlərindən, xalqına olan məhəbbətindən, gənclərə olan diqqət və qayğısından söz açıblar. Qeyd ediblər ki, Ulu öndərin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli mənəvi dəyərlər əsasında müasir, inkişaf etmiş, yüksək intellektli gənc nəslin yetişdirilməsindən ibarətdir.

 
 
Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2019