BMU-da  Hüseyn Cavidin anadan olmasının 135 illiyinə həsr edilmiş seminar keçirilib BMU-da Hüseyn Cavidin anadan olmasının 135 illiyinə həsr edilmiş seminar keçirilib

, baxılıb - 97 dəfə

 

   Bakı Mühəndislik Universiteti Azərbaycan dili və ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının 135 illiyinə həsr edilmiş seminar keçirilib. Seminarda kafedra əməkdaşları və həmin ixtisasda təhsil alan tələbələr iştirak edib. Azərbaycan dili və ədəbiyyatı kafedrasının baş müəllimi Rəhman Quliyev seminarın universitetdə Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən təşkil olunan silsilə tədbirlərdən biri olduğunu diqqətə çatdırıb.

   Sonra həmin kafedranın professoru Akif  Hüseynovun tərəfindən “ Bəşəri ideallar şairi ”  adlı seminar verilib. Professor bildirib ki, Hüseyn Cavidin yaradıcılığı heç kimin yaradıcılığına bənzəmir. Onun yaradıcılığı bəşərin sosial-mənəvi problemlərini ehtiva edir. Yeni nəslin düşüncəsində, dünya görüşündə Cavid obrazının canlanmasında, onun müasirimizə çevrilməsində ulu öndər Heydər Əliyevin böyük xidmətləri olduğunu xatırladıb. Ümummilli Liderin təşəbbüsü ilə 1982-ci ildə dramaturqun nəşinin Azərbaycana gətirilərək doğulduğu Naxçıvan torpağında dəfn edilməsinin ədəbiyyatımız, mədəniyyətimiz, xalqımız üçün əlamətdar hadisə olduğunu bildirib. Nəzərə alsaq ki, sovet höküməti dövründə belə bir addım atmaq böyük risk idi. Məhz Ulu öndər Heydər Əliyev bu riski edərək Cavidin xalqımız üçün dəyər olduğunu əməli ilə göstərdi. Professor A. Hüseynov bu diqqətin Prezident İlham Əliyev tərəfindən də davam etdirildiyini, görkəmli dramaturqun 135 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsinə dair Sərəncamını Hüseyn Cavid irsinə, eyni zamanda ədəbiyyatımıza olan diqqətin göstəricisi kimi qiymətləndirib.

 Professor seminarı Hüseyn Cavidin “ Şeyx Sənan ” əsərinin təhlili ilə davam etdirib.

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018