BMU-da Elmi şuranın iclası keçirildi BMU-da Elmi şuranın iclası keçirildi

, baxılıb - 394 dəfə

 

Bakı Mühəndislik Universitetində Elmi şuranın növbəti iclası keçirilib. Universitetdə elektron təhsil sisteminin tətbiqinin  vəziyyəti və bununla bağlı qarşıda duran vəzifələr, qış mövsümünə hazırlığın vəziyyəti kimi gündəlikdə duran məsələlər müzakirə edilib,qərarlar alınıb.

   Elmi şuranın iclasında yaxın günlərdə Gürcüstanda keçirilən “Vekua Kuboku Beynəlxalq Proqramlaşdırma” müsabiqəsində 2 komanda (6 tələbə) ilə təmsil olunan və mükafatçılar sırasına yüksələn  Bakı Mühəndislik Universitetinin müəllim və tələbələri universitet rəhbərliyi tərəfindən mükafatlandırılıb. Rektor, professor Havar Məmmədov çıxışında qeyd edib ki, Bakı Mühəndislik Universitetinin İT sahəsində cəmiyyətdə yüksək fikir formalaşdırması çox sevindirici haldır. Universitetdə bu sahədə maddi-texniki təminatla yanaşı kadr potensialıda yüksək səviyyədədir. Bu kimi amillər imkan verir ki, universitetimiz beynəlxalq yarışmalarda təmsil olunsun.

   Rektor gündəlikdəki məsələlərə münasibət bildirməklə yanaşı gənc müəllimlərin  və savadlı tələbələrin elmə həvəsləndirilməsinin vacibliyindən də danışıb.

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020