BMU-da  Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib BMU-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

, baxılıb - 522 dəfə

  Bakı Mühəndislik Universitetində “Azərbaycan Xalq Cümhuriyyəti”nin 100 illiyinə həsr olunmuş Elmi-praktik konfrans keçirilib. Konfransda universitetin professor-müəllim heyəti və tələbələri ilə yanaşı AMEA-nın Tarix İnstitutunun direktoru, millət vəkili, akademik Yaqub Mahmudov, tarixçi alimlər Cəbi Bəhramov, Asim Qafqarov, Ədalət Qasımov və İradə Əliyeva iştirak edib.
İlk öncə tədbir iştirakçıları universitetin foyesində təşkil olunmuş AMEA-nın Tarix İnstitutunun araşdırmaları olan kitablardan ibarət sərgi ilə tanış olublar.
Daha sonra, Azərbaycan Dövlət Himni ilə başlayan konfransda iştirakçılar “Azərbaycan Xalq Cümhuriyyəti”nin tarixini və fəaliyyətini əks etdirən sənədli film izləyib.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Havar Məmmədov çıxış edərək, AXC-nin 23 ay yaşamasına baxmayaraq şərqdə tarix yazdığını qeyd edib.
Möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında da qeyd etdiyi kimi, 1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir. Sonda rektor, bayram münasibətilə konfrans iştirakçılarını təbrik edib.
Daha sonra çıxış edən AMEA-nın Tarix İnstitutunun direktoru, millət vəkili, akademik Yaqub Mahmudov hər bir xalqın öz tarixini bilməsinin vacibliyindən, “Azərbaycan Xalq Cümhuriyyəti”nin xalqımızın tarixindəki rolundan danışıb. Bildirib ki, “tarixdə elə xalqlar olub ki, daim müstəqil dövlətlərini qurmaq üçün mübarizə aparıblar. Azərbaycan xalqı da bu xalqlar arasındadır. Bizim dövlətçilik tariximizdə çox dəyərli tarixi şəxsiyyətlər də olub. Biz hər zaman onlarla fərx etməliyik”.
Sonda akademik, rəhbərlik etdiyi qurumun və özünün yazdığı kitabları universitetə hədiyyə edib. 

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020