BMU-da Ali təhsil müəssisəsinin akreditasiya hesabatı necə hazırlanmalıdır adlı seminar keçirilib BMU-da Ali təhsil müəssisəsinin akreditasiya hesabatı necə hazırlanmalıdır adlı seminar keçirilib

, baxılıb - 351 dəfə

   Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən akkreditasiya prosesinə dair təlimlərin davamı olaraq Bakı Mühəndislik Universitetində təlim keçirilir. Təlimdə universitetin rəhbər şəxsləri, professor-müəllim heyəti, bütün struktur-bölmə rəhbərləri iştirak edir.

Universitetin prorektoru, professor Həmzağa Orucov nazirliyin nümayəndələrini tədbir iştirakçılarına təqdim edib və akkreditasiyanın ali təhsil müəssisələrinin inkişafında rolu barədə məlumat verib.

 Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin   müdiri Tofiq Əhmədov qeyd edib ki, keçirilən təlimin məqsədi ali təhsil müəssisəsinə akkreditasiya prosesinə hazırlıq üçün dəstək göstərilməsi, müəssisə tərəfindən təqdim olunan özünütəhlil hesabatının təkmilləşdirilməsi və hesabatın tələb olunan qaydada tərtib olunmasına yardım göstərməkdir. Bu sahədə beynəlxalq təcrübədən danışıb və hesabatda ötən beş ilin təhlili ilə yanaşı gələcək hədəflərin də göstərilməsinin əsas olduğunu bildirib. Məzunların xaricdə təhsilinin davam etdirmələri üçün akkreditasiyanın vacibliyini də diqqətə çatdırıb.

Təlim Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin əməkdaşlarının təqdimatında akkreditasiya prosesinin tənzimlənməsi və həyata keçirilməsi üçün hüquqi baza haqqında və s. mövzularda məlumat verilib.

İştirakçılar akkreditasiya prosesinin təşkilində bu təlimlərin faydalı olduğunu qeyd edərək təlimçilərə onları maraqlandıran suallar ünvanlayıblar.

 Qeyd edək ki, təlim günün sonuna kimi davam edəcək.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020