BMU-da 1 martÜmumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbir keçirilib BMU-da 1 martÜmumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbir keçirilib

, baxılıb - 226 dəfə

 

         Universitetin kollektivinin iştirak etdiyi tədbirdə 1 mart Ümumdünya Mülki Müdafiə Günü, onun vəzifələri və məqsədi barədə ətraflı məlumat verilib. Əməyin mühafizəsi və texniki təhlükəsizlik şöbəsinin müdiri Mahmud Ağadadaşov çıxışında bildirib ki,Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunmuş, bu gün dünyada hər il kütləvi humanitar tədbir kimi qeyd edilir. 1 mart Ümumdünya Mülki Müdafiə Günü, onun vəzifələri və məqsədi 1931-ci ilin mayında tibb xidmət generalı, fransız Corc Sent Pol Parisdə “Cenevrə regionu assosisasiyası” təşkilatını yaratmışdır. Sonralar isə Ümumdünya Mülki Müdafiə təşkilatına (ÜMMT) çevrilmişdir. Hazırda ÜMMT-yə 100-dən çox ölkə daxildir. Azərbaycan 1993-cü ildən ÜMMT-nin üzvüdür və onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir.Bu günün hər il keçirilməsində məqsəd ictimaiyyətin diqqətini bu təşkilatın vacibliyinə və həyati əhəmiyyətinə cəlb etməkdir.

Əməyin mühafizəsi və texniki təhlükəsizlik şöbəsinin mülki müdafiə üzrə mühəndisi Uğur Əliyev qeyd edib ki, təşkilatın vəzifələri həm müasir mühəribələrin, həm də əmin–amanlıq dövründəki güclü istehsalat qəzaları və təbii fəlakət nəticələrinin ehtimal olunan hadisələrin xarakterindən irəli gəlir. Belə ki, əhalinin mühafizəsi - Mülki Müdafiənin başlıca vəzifəsidir. Mühafizənin əsas üsul və vasitələri isə adamların mühafizə qurğularında daldalandırılması, təhlükəli yerlərdən köçürülüb az təhlükəli, yaxud təhlükəsiz yaşayış məntəqələrində yerləşdirilməsi, fərdi mühafizə vasitələrindən hamının istifadə etməsidir. Havadan basqın, zəhərlənmə və digər təhlükələr barədə vaxtında xəbərdarlıq, mühafizə üsul və qaydalarının əhaliyə öyrədilməsi də bu vəzifənin yerinə yetirilməsində vacib şərtdir.Baş mühəndis universitet əməkdaşlarına video çarx vasitəsilə mülki müdafiə qayda və qanunlarını izah edib.

Əməyin mühafizəsi və texniki təhlükəsizlik şöbəsinin əməkdaşı Yunis  Bədəlov universitetin  foyesində təşkil olunan sərgidə mülki müdafiə qurğuları və onların istifadə olunma qaydaları  ilə əməkdaşları  tanış edib.

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018