BMU-da “Technofusion” şirkətinin əməkdaşı ilə görüş keçirilib BMU-da “Technofusion” şirkətinin əməkdaşı ilə görüş keçirilib

, baxılıb - 142 dəfə

   Fevralın 5-də Bakı Mühəndislik Universitetində (BMU) “Müəssisələrlə əlaqələr və karyera” departamentinin əməkdaşları  ilə “Technofusion” şirkətinin İnzibati və İnsan resursları şöbəsinin rəhbəri Zemfira Əliyeva arasında görüş keçirilib. Görüşün əsas məqsədi şirkət ilə universitet arasında əlaqələrin yaradılması və inkişaf etdirilməsidir. Hər iki müəssisə arasında tələbələrin şirkətin təcrübə proqramlarına cəlb edilməsi, həmçinin mövcud olan vakant yerlərə məzunların işlə təmin olunması və şirkətin təcrübəli əməkdaşlarının universitetdə təşkil olunacaq təlimlərdə iştirakı barədə razılıq əldə edilib.

    Qeyd edək ki, “Technofusion” şirkəti 2016-cı ildə yaradılıb və o dövrdən etibarən Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya ölkələrində müştərilərə yüksək səviyyəli inteqrasiya və məsləhət xidmətləri təqdim edir. Şirkətin “Cisco”, “Oracle”, “Lenovo”, “IBM”, “Dell”, “Huawei”, “Microsoft”, “Palo Alto Networks”, “SAP”, “Zebra Technologies” və digər sənaye liderləri kimi dünyanın aparıcı İnformasiya Kommunikasiya Texnologiyaları təchizatçıları ilə tərəfdaşlıq əlaqələri mövcuddur.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2019