BMU-da “Maliyyə Günü” adlı hesabat tədbiri keçirilib BMU-da “Maliyyə Günü” adlı hesabat tədbiri keçirilib

, baxılıb - 180 dəfə

   Universitetin Maliyyə kafedrasının təşkilatçılığı ilə 2017–2018 tədris ilinin ikinci yarımili ərzində təhsildə və sosial fəaliyyətlərdə müvəffəq olan tələbələrin mükafatlandırılması tədbiri keçirilib. Tədbirdə çıxış edən universitetin Elmi İşlər üzrə prorektoru, dosent Elçin Süleymanov və Maliyyə kafedrasının müdiri, dosent Elvin Əlirzayev  tələbələri əldə etdikləri nailiyyətlərə görə təbrik ediblər. Bildirilib ki, keçən semestr “Erasmus” mübadilə proqramı çərçivəsində 4-cü kurs tələbələri Sənan İsaqov və İlyas Əlizadə Sloveniyanın Lyublyana Universitetində bir semestr təhsil almaq imkanı əldə ediblər. 3-cü kurs tələbəsi İsa Ələsgərov Azərbaycan Respublikası Gənclər Fondu “XI Qrand Müsabiqəsi”nin qalibi, Sənan İsaqov, Aynur Babayeva və Elxan Aslanlı isə Access Bankın “Tələbə Təqaüd Proqramı”nın qalibi olublar.

   Qeyd edək ki, hazırda Azərbaycan və ingilis dillərində tədris olunan maliyyə ixtisasında bakalavr pilləsi üzrə 380, magistr pilləsi üzrə isə 45 tələbə təhsil alır. Bunlardan 11 nəfəri Prezident təqaüdçüsü, 126 tələbə  dövlət sifarişi üzrə, 100 tələbə isə  600-dən çox bal toplayaraq qəbul olanlardır.

   Tədbirin sonunda 2017–2018-ci tədris ilinin ikinci yarımili ərzində fərqlənən  tələbələrə hədiyyələr təqdim edilib. Ötən semestr ortalaması 99.55 olan Maliyyə ixtisasının 3-cü kurs tələbəsi Mədinə Rzayeva ixtisas birincisi elan edilib.

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2019