BMU- da “Kreativlik və Tənqidi Düşüncə” adlı tədbir keçirilib BMU- da “Kreativlik və Tənqidi Düşüncə” adlı tədbir keçirilib

, baxılıb - 668 dəfə

   “Gələcəyini Qur!” Gəncliyə Dəstək layihəsi tərəfindən Bakı Mühəndislik Universitetində “Kreativlik və tənqidi düşüncə” mövzusunda tədbir keçirilib. Layihənin rəhbəri Bəhruz Hidayətzadə çıxış edərək keçirilən tədbirlərin əsas məqsədinin gənclərin ali təhsilə yiyələnməsinə dəstək və töhvə vermək, bununla da Azərbaycan cəmiyyətinə yüksək intellektual və etik dəyərlərə malik sağlam düşüncəli gənclər qazandırmaq olduğunu qeyd edib. Layihənin Bakı (Binəqədi, Qaradağ, Sabunçu, Suraxanı, Xətai) və Bakıdan kənarda beş rayonu (Ağdaş, Kürdəmir, Salyan, Ucar, Yevlax) əhatə etdiyini qeyd edən B.Hidayətzadə, tədbirdə Bakı şəhəri və rayonlardan orta məktəblərdə təhsil alan 150-dən çox 11-ci sinif şagirdinin iştirak etdiyini bildirib.

   Tədbirdə Coşqun Kərimov, BMU-nun prorektoru Yavər Məmmədov, BMU Texnoparkının direktor müavini İsa Qasımov, İnteraktiv Elm Muzeyinin təsisçisi Elçin Abbasov, Prosper şirkətinin direktoru Vüqar Səfərov və BMU-nun “Riyaziyyat və informatika” kafedrasının  baş müəllimi Bəhman Məmmədov  çıxış ediblər.

  BMU-nun Maliyyə-təsərrüfat işləri üzrə prorektoru Yavər Məmmədov zəhmətkeşliyin və özünəinamın insanın karyerasının qurulmasına təsirindən, daxili yaradıcılıq hissindən intişar edərək kreativ ideyaların meydana gəlməsindən bəhs edib. Bildirib ki, hansı sahədə karyera qurmaqdan asılı olmayaraq hər kəs xalqının mədəniyyətini və milli dəyərlərini öz işində əks etdirməlidir. O, bu mövzuda öz karyerasından və gördüyü işlərdən nümunələr göstərib.

   Layihə iştirakçılarına “tələb edən” yoxsa “tələb olunan” olmaq istəyirsiz sualları ilə müraciət edən BMU Texnoparkının müdir müavini İsa Qasımov, həmçinin innovasiya iştirakçısına çevrilmələri üçün gənclərə ideyaları ilə əlavə dəyər yaratmağı tövsiyə edib.

  Tədbirdə məruzə ilə çıxış edən BMU-nun əməkdaşı Adil Vəliyev layihə iştirakçıları olan abituriyentlərə universitet haqqında geniş məlumat verib, onların suallarını cavablandırıb.

 Sonda iştirakçılar BMU-nun təqdimat videosunu izləyiblər.

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2019