BMU-da “Huawei” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüş keçirilib BMU-da “Huawei” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüş keçirilib

, baxılıb - 577 dəfə

  Bakı Mühəndislik Univeristetinin Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Manafəddin Namazov Çinin ən böyük transmilli şirkətlərindən olan “Huawei” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Lu Kanlin və şirkətin meneceri Tao Ziven ilə görüş keçirib. Görüşün əsas məqsədi  tez bir vaxtda Bakı Mühəndislik Universiteti ilə “Huawei” şirkətinin Azərbaycan nümayəndəliyi arasında memorandum imzalamaq və yüksəkixtisaslı mütəxəssislərin hazırlanması üçün zəruri maddi-texniki, elmi-metodiki və təşkilati tədbirlərin həyata keçirilməsini təmin etməkdir. Prorektor bildirib ki, gələcək nəsli İT baxımından daha mükəmməl yetişdirmək məqsədilə biliklərini daim paylaşan “Huawei” şirkəti ilə əməkdaşlığı yüksək qiymətləndirir.

  Qeyd edək ki, “Huawei” şirkəti telekommunikasiya avadanlığı, süni intellekt və texnologiyalara əsaslanan xidmət və məhsulların istehsalında ixtisaslaşan Çinin transmilli özəl şirkətidir.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2019