BMU-da “Elmi fəaliyyətlərin effektivliyinin artırılması yolları” adlı seminar keçirilib BMU-da “Elmi fəaliyyətlərin effektivliyinin artırılması yolları” adlı seminar keçirilib

, baxılıb - 319 dəfə

  Bakı Mühəndislik Universiteti Elmi işlər üzrə prorektorluğunun təşkilatçılığı ilə professor-müəllim heyətinin elmi fəaliyyətlərinin effektivliyinə dəstək məqsədi ilə bir günlük seminar keçirilib.

   Seminarın ilk hissəsində  universitetin rektoru, professor Havar Məmmədov açılış nitqi ilə çıxış edib. BMU-da payız imtahan sessiyasının uğurla başa çatğını vurğulayan rektor müəllimlərin tədris fəaliyyəti ilə yanaşı elmi fəaliyyətlə də məşğul olmalarının vacibliyindən danışıb. Bildirib ki, müəllimlərin beynəlxalq jurnallarda nəşr ediləcək məqalələrin, dərs və metodik vəsaitlərin yazılması üçün potensialları var və universitetdə onlara bununla bağlı lazımi şərait yaradılıb.  Hər il beynəlxalq indeksli jurnallarda məqaləsi çıxan müəllimlər universitet tərəfindən mükafatlandırılır.

   Rektor onu da vurğulayıb ki, mövcud akademik heyətin elmi inkişafı ilə yanaşı elmi potensialı olan dissertant və doktorantların da hazırlanmasına xüsusi diqqət yetirmək lazımdır.

   Sonra universitetin Elmi işlər üzrə prorektoru dosent Elçin Süleymanov universitet əməkdaşlarının 2018-ci ildəki elmi fəaliyyətləri və nailiyyətləri haqqında məlumat verib. O, elmi resurs bazalarından, universitet əməkdaşlarının veb resurslarından və fərdi kabinetin imkanlarından effektiv istifadə qaydalarını izah edib. BMU-nun abunə olduğu elmmetrik sistemlərdən effektiv istifadə  imkanları və elmi nəşrlərin daha böyük auditoriyalara çatdırılması metodlarını iştirakçı alimlərlə müzakirə edib.

  Proqramın ikinci hissəsində Texnoparkın müdiri, dosent İsa Qasımov “Elmin kommersiyalaşdırlması və innovasiya prosesi; Koreya təcrübəsi” mövzusunda çıxış edib. Seminarda  ehtiyaclar və fürsətlər, əlavə dəyər və pul, insan resursları və dəyişən ehtiyaclar, ali təhsil prosesi və bazara inteqrasiya, innovasiya ekosistemin formalaşmasında “üçtərəfli əməkdaşlıq” modeli barədə ətraflı dosent İsa Qasımov tərəfindən məlumat verilib və BMU-nun bu sahədə potensial imkanları müzakirə edilib.

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2019