BMU-da “Elmi fəaliyyətlərin effektivliyinin artırılması metodları” mövzusunda təlim keçirilib BMU-da “Elmi fəaliyyətlərin effektivliyinin artırılması metodları” mövzusunda təlim keçirilib

, baxılıb - 47 dəfə

Bakı Mühəndislik Universitetində Universitet Elmi Şurasının qərarına əsasən elmi işlər üzrə prorektorluğun təşkilatçılığı ilə “Elmi fəaliyyətlərin effektivliyinin artırılması metodları” adlı təlim baş tutub. Təlimdə universitetin əməkdaşları iştirak edib.
Giriş sözü ilə çıxış edən universitetin elmi işlər üzrə prorektoru Elçin Süleymanov iştirakçılara tədbirin mahiyyəti ilə bağlı məlumat verib. Qeyd edib ki, Azərbaycan Təhsil Nazirliyi tərəfindən bazanın ali təhsil müəssisələrinin istifadəsinə verilməsi universitetlər arasında elm sahəsində rəqabəti formalaşdırıb. Bu baxımdan bu gün keçirilən təlim çox əhəmiyyətlidir.
Sonra “Tomson Reuters” Agentliyinin Azərbaycan üzrə nümayəndəsi, təlimçi Aygün Babazadə elmi bazanın tarixi haqqında iştirakçılara ətraflı məlumat verib. Qeyd edib ki, bazaya ən keyfiyyətli məlumatlar yerləşdirilir. Təlimçi baza haqqında statistik göstəriciləri də iştirakçıların diqqətinə çatdırıb. Agentliyinin Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadə BMU-nun akademik heyətinin bazadan istifadəsi göstəricisinin və bazada yerləşdirilən jurnallarda çıxan məqalələrinin sayının yüksək olduğunu qeyd edib və auditoriyanın çox saylı suallarını cavablandırıb.
Bakı Mühəndislik Universitetinin nəşrlərindən, kitabxanasının elektron xidmət imkanlarından və kitabxananın üzv olduğu elektron resurslardan effektiv istifadə ilə əlaqəli universitetin kitabxanasının əməkdaşı Dürnisə Səfərova geniş məlumat verib. Təlim plagiat.pl şirkətinin icraçı meneceri təlimçi Aygül Məmmədlinin təqdimatında universitetimizin abunə olduğu “StrikePlagiarizm proqramından effektiv istifadə metodları” adlı seminarla davam edib.
Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru təlimçi dos. Elçin Süleymanovun “Elmi resurs bazalarında profil açmaq və elmi tədqiqatların beynəlxalq elmi ictimaiyyətə effektiv çatdırılma metodları” adlı seminarı ilə təlimə yekun vurulub.

BMU-nun Mətbuat Xidməti
Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018