BMU-da “Bilik Günü”  qeyd olunub BMU-da “Bilik Günü” qeyd olunub

, baxılıb - 37 dəfə

    Bilik günü münasibətilə Bakı Mühəndislik Universitetində tədbir keçirilib. Tədbirdə tələbələr, onların valideynləri, universitetin rəhbərliyi və kollektivi ilə yanaşı Abşeron rayon ictmaiyyətinin, eləcə də iş dünyasının nümayəndələri iştirak edib.

   Universitetin rektoru, professor Havar Məmmədov yeni dərs ili münasibətilə tədbir iştirakçılarını təbrik edib və uğurlar arzulayıb. Rektor qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  8 noyabr 2016-cı il tarixli 2429 nömrəli sərəncamı ilə Ali təhsilin bütün səviyyələri üzrə mühəndis kadrlarının hazırlığını, bu sahədə ali və əlavə təhsil proqramlarını həyata keçirmək, fundamental və tətbiqi elmi tədqiqatlar aparmaq məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Bakı Mühəndislik Universiteti bu il ikinci tələbə qəbulunu həyata keçirib. Universitet fəaliyyətə başladığı vaxtdan cəmiyyətdə keyfiyyətli təhsil mühitinin olması ilə tanınır. Bu il yeni mühəndislik ixtisaslarına da qəbul aparılmışdır. Bu il ödənişli və dövlət sifarişli ixtisaslar daxil olmaqla ümumilikdə Bakı Mühəndislik Universitetinə 1123 tələbə qəbul olmuşdur.

  Rektor, əsasını Ümummilli liderimiz Heydər Əliyevin qoyduğu təhsil sistemimizin Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən heyata keçirilən islahatlarla daha da təkimilləşdirildiyini qeyd edib. Bildirib ki, ölkə rəhbərliyinin Ali təhsil müəssisələrinə və müəllimlərə olan diqqət və qayğısı təhsilin və tədrisin keyfiyyətinin artırılmasına hərtərəfli imkan verir.  Bu səbəbdəndir ki, BMU–da yüksək tədrislə yanaşı tələbələrin elmi və sosial fəaliyyətlə məşğul olmalarına da şərait yaradılıb. Tələbələrimiz hər il ölkə və beynəlxalq miqyaslı olimpiadalarda iştirak edərək yüksək nailiyyətlər əldə edirlər.

   Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun sədri Elçin Babayev, YAP  Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev, Abşeron rayon Təhsil şöbəsinin müdiri Nazilə Məmmədova və Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın direktoru Nizami Əhmədov çıxış edərək tələbə adını qazananları təbrik edib və BMU-nun ictimaiyyətlə və orta məktəblərlə olan əlaqələrindən danışıblar.

        İş dünyasını təmsil edən “Veysəloğlu” şirkətinin biznesə dəstək üzrə baş direktoru İlqar Nuri  və “Gilan Holding”in İnsan Resursları Departamentinin direktoru Allahverdi Bağırov çıxışlarında BMU-nun iş dünyası ilə əlaqələrinin örnək olduğunu və məzunlarının iş dünyasında özlərini doğrultmalarından danışaraq tələbə adını qazananları təbrik ediblər və uğurlar arzulayıblar.

    Ən yüksək balla BMU –nun tələbəsi adını qazanmış Zöhrə İsmayılova və onun valideyni Qətibə İsmayılova çıxış edərək sevinclərini tədbir iştirakçıları ilə bölüşüblər. Onlar qeyd ediblər ki, seçimlərində universitetdə olan mühit, maddi –texniki baza və tələbə-müəllim münasibətlərinin yüksək səviyyədə olması xüsusi rol oynayıb.

     Sonda 650-dən yuxarı bal toplayaraq tələbə adını qazanmış 48 tələbəyə universitetin və “Veysəloğlu” şirkətinin hədiyyələri təqdim olunub.

 

http://alpaninfo.com/?p=28623

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018