BMU-da “Azərbaycan Beynəlxalq Nəqliyyat sistemində: Hədəflər və perspektivlər” mövzusunda elmi-praktiki konfrans keçirilir BMU-da “Azərbaycan Beynəlxalq Nəqliyyat sistemində: Hədəflər və perspektivlər” mövzusunda elmi-praktiki konfrans keçirilir

, baxılıb - 297 dəfə

Azərbaycan Təhsil Nazirliyi və Bakı Mühəndislik Universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycan Beynəlxalq Nəqliyyat sistemində: Hədəflər və perspektivlər” mövzusunda elmi-praktik konfrans öz işinə başlayıb. Konfransa yerli alimlərlə yanaşı xarici ölkələrdən də məqalələr göndərilib.

     Konfrans iştirakçıları açılış mərasimindən öncə universitetdə yaradılmış Heydər Əliyev guşəsini ziyarət edərək hörmət və ehtiramlarını bildiriblər. Konfransın açılış mərasimində Azərbaycan ictimaiyyətinin nümayəndələri, ölkəmizdə fəaliyyət göstərən logistika mərkəzlərinin rəhbərləri, bu sahədə tanınmış alimlər və mütəxəssislərlə yanaşı dünyada logistika sahəsində tanınmış universitetlərin  alimləri də iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən universitetin rektoru,  professor Havar Məmmədov konfrans iştirakçılarını salamlayıb və ölkəmizdə logistika sahəsində görülən işlərdən  və bu baxımdan  konfransın əhəmiyyətindən danışıb. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan logistika layihələrinin ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vəonun nəticələrinin iqtisadiyyatımıza olan töhvələrindən danışıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini  Elmir Vəlizadə,  Təhsil Nazirliyinin Elm sektorunun müdiri Anar Kazımov,  Avropa-Qafqaz-Asiya Beynəlxalq nəqliyyat dəhlizinin (TRASEKA) hökumətlərarası komissiyasının Azərbaycan üzrə milli katibliyinin rəhbəri Akif Mustafayev və Abşeron logistika mərkəzinin direktoru Ziya Ağayev  çıxış edərək Möhtərəm Prezidentimiz İlham Əliyevin nəqliyyat sektoruna olan diqqət və qayğısının nəticəsi olaraq bu sahənin hazırki inkişaf səviyyəsindən, logistika sahəsində xarici ölkələrlə olan əməkdaşlıqdan və birgə həyata keçirilən layihələrdən danışıblar.

   Çıxışlardan sonra  plenar iclasla davam edən konfransda Akif Mustafayevin, Xudayar Həsənlinin, A.Q.Nekrasovun, K.İ. Atayevin və A.S. Siniçınanın məruzələri ilə davam edib.

  Qeyd edək ki, BMU da keçirilən konfrans oktyabrın 2-dən 5-dək 5 seksiyaüzrə işini davam etdirəcək.

 

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018