BMU-da  “Ali Təhsilin innovasiyalarda rolu” mövzuzunda seminar keçirildi BMU-da “Ali Təhsilin innovasiyalarda rolu” mövzuzunda seminar keçirildi

, baxılıb - 268 dəfə

   İnnovasiya ekosistemin formalaşdırlması istiqamətində müxtəlif layihə və tədbirlər həyata keçirən BMU bu sahənin inkişafına xüsusi əhəmiyyət verir.

2017-ci ilin oktyabr ayında Stenford və Berkeley Universitetlərinin mütəxəssisləri ilə birgə keçirilən "İnnovasiya ekosisistemin qurulması" adlı 3 günlük seminarından sonra, BMU mövzu ilə bağlı müxtəlif addımlar atmaqda davam edir. Elm və təhsil müəssiələri, o cümlədən burada fəaliyyət göstərən professor-müəllim heyətinin ekosistemdə rolunun artırılması mühüm amillərdəndir. Bunu nəzərə alaraq BMU-da müxtəlif tədbir və görüşlər keçirilir. Bu cür tədbirlərdən biri də bu gün “Ali Təhsilin innovasiyalarda rolu” mövzuzunda baş tutdu.

“Ali Təhsilin innovasiyalarda rolu” mövzuzunda seminarda Universitetin rəhbərliyi, professor- müəllim heyəti və struktur bölmə rəhbərləri iştirak etdi. BMU Texnoparkının müdir müavini dosent İsa Qasımovun təqdimatında keçirilən seminarda innovasiya ekosistemin qurulması prosesində tərəflərin (təhsil, tədqiqat, bazar) əməkdaşlığı, eləcə də bu aspektə baş verən mübadilə proqramları nəticəsində ali təhsil innovasiya ekosisteminin aktual məsələləri təqdim və müzakirə olundu. Seminarda Universitetin prorektorları və professor-müəllim heyəti maraqlı rəylərlə çıxış etdilər və ekosistemin inkişafı ilə bağlı fəaliyyətlərin əhəmiyyətini vurğuladılar.

Xatırladaq ki, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin 30 Noyabr 2017-ci ildə beynəlxalq ekspertlərin iştirakı ilə “Ali Təhsilin innovasiyalarda rolu” təlimində Universitet əməkdaşları üçün tədris və elmi fəaliyyətində innovasiyaların tətbiqi ilə əlaqəli bir çox faydalı göstəriş və təkliflər irəli sürülmüşdür. Qeyd edilmiş tədbirdə BMU-nu təmsil edən elmi işlər üzrə prorektor Elçin Süleymanov, Texnoparkın müdiri Samir Məmmədov və müdir müavini İsa Qasimov eyni adlı seminarın Universitetdə keçirilməsi təşəbbüsü ilə çıxış etmişdilər.

 

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018