BMU-da  “ MƏNİM UNİVERSİTETİM ”  adlı tədbir keçiriləcək BMU-da “ MƏNİM UNİVERSİTETİM ” adlı tədbir keçiriləcək

, baxılıb - 245 dəfə

   Abituriyentlərin maarifləndirilməsinə xüsusi diqqət yetirən və bu istiqamətdə faydalı layihələr həyata keçirən Bakı Mühəndislik Universiteti növbəti tədbir həyata keçirəcək. “ MƏNİM UNİVERSİTETİM ” devizi ilə keçirilən tədbir sözün əsl mənasında bilik bayramına çevriləcək. Universitetdə fəaliyyət göstərən 30-dan çox elmi və sosial tələbə dərnəkləri abituriyentlərin universitet və tələbə həyatı barədə məlumantlandırılması üçün xüsusi proqramlar hazırlayıblar. Onların elmi şouları və ifalarında mədəniyyət nümunələri tədbirə xüsusi rəng qatacaq. Abituriyentlər Bakı Mühəndislik Universitetinin maddi-texniki bazası, texnoparkı ilə yaxından tanış olacaq, onları düşündürən sualları universitetin müəllimləri və tələbələri cavablandıracaq.

  4 May 2018-ci il saat 11-də  universitetin şəhərciyində təşkil olunacaq tədbirə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonun təhsil işçiləri, valideynlər və 10-11-ci sinif şagirdləri dəvətlidir.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020