BMU-da   "III Qış Elm Festivalı" keçirilib BMU-da "III Qış Elm Festivalı" keçirilib

, baxılıb - 460 dəfə

 Bakı Mühəndislik Universitetinin  Tələbə Elmi Cəmiyyəti tərəfindən "III Qış Elm Festivalı" keçirilib. Festivalda 20-dən çox ali təhsil müəssisələrinin tələbələri və orta məktəb şagirdləri tərəfindən 100-ə yaxın layihə nümayiş etdirilib. Layihələr Dil və Ədəbiyyat, Mühəndislik, Biologiya, Fizika, Kimya, Riyaziyyat və İqtisadiyyat kateqoriyalarında təqdim olunmuşdur.

     Bakı Mühəndislik Universitetinin rektoru professor Havar Məmmədov festivalda iştirak edib, layihələrlə tanış olub və iştirakçılara uğurlar arzulayıb. Rektor qeyd edib ki, festival tələbələrin elmə olan marağının artırılmasında, həm də tələbələrdən motivasiyasının yüksəlməsindəmühüm rol oynayır. Bakı Mühəndislik Universiteti hər zaman tələbələrin elmi yeniliklərini dəstəkləyir. BEUTexnoparkda Startapların həyata keçirilməsi üçün də şərait yaradılıb. 

    Sərgidən sonra, müsabiqənin mükafatlandırma hissəsi baş tutub.  Sonda qalib gələn layihələrin müəllifləri diplom və sertifikatlarla mükafatlandırılıblar. Mükafatlandırma mərasimində BMU-nun prorektoru professor Həmzağa Orucov çıxış edərək qalibləri təbrik edib. O, qeyd edib ki, festivalı universitetin tələbələrinin təşkil etməsi müsbət haldır.

Sonda iştirakçılar birgə xatirə şəkili şəkdiriblər.

 

 

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018