BMU-da "166 Yükdaşıma və Logistika" şirkətinin nümayəndələri ilə görüş keçirilib BMU-da "166 Yükdaşıma və Logistika" şirkətinin nümayəndələri ilə görüş keçirilib

, baxılıb - 191 dəfə

    "166 Yükdaşıma və Logistika" şirkətinin Marketinq departamentinin əməkdaşları (BMU) Müəssisələrlə əlaqələr və karyera departamentinin qonağı olub. Keçirilən görüşdə tələbələrin şirkətdə təcrübə keçməsi və təcrübə  proqramlarına cəlb edilməsi imkanları haqqında geniş fikir mübadiləsi aparılıb. Həmçinin "166 Yükdaşıma və Logistika" şirkəti Korporativ Sosial Məsuliyyətlilik konsepsiyasına uyğun olaraq universitet tələbələri arasında logistika sahəsi üzrə maarifləndirmə işlərinin aparılması ilə bu sahəyə olan marağın artırılmasını təmin etmək üçün universitetimizin tələbələri ilə birgə “Logistikanın İnkişaf Yolu” adlı layihəsinə start verməyi planlaşdırır.

    İki mərhələdə həyata keçirilməsi nəzərdə tutulan layihənin birinci mərhələsində "Logistika və respublikamızda logistikanın inkişafı" ilə bağlı müxtəlif məlumatverici tədbirlərin keçirilməsi planlaşdırılıb. Konfrans formasında təşkil olunacaq tədbirdə logistikanın inkişaf yolu, yükdaşıma qaydaları və standartları, müasir logistikanın qurulması və inkişaf etməsi, yeni trendlər, texniki yeniliklər və İT həllər kimi mövzular müzakirə ediləcək. Konfransda BMU-nun Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi, Sənayenin təşkili və idarə olunması, Dünya iqtisadiyyatı, Biznesin idarə edilməsi, Beynəlxalq iqtisadi münasibətlər, Texnoloji maşın və avadanlıqlar mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrin iştirakı nəzərdə tutulub.

   Layihənin ikinci mərhələsində isə tələbələrin müvafiq bölmələr üzrə təcrübə proqramına cəlb olunması və bu müddətdə müvəffəq olan tələbələrin işə cəlb olunması planlaşdırılıb.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2019