BMU-da "Əngəlsiz mədəniyyət" adlı tədbir keçirilib BMU-da "Əngəlsiz mədəniyyət" adlı tədbir keçirilib

, baxılıb - 500 dəfə

    Bakı Mühəndislik Universitetində “3 Dekabr Beynəlxalq Əlillər Günü” ilə əlaqədər olaraq “Əngəlsiz mədəniyyət” adlı tədbir keçirilib. Bakı Mühəndislik Universiteti YAP Gənclər birliyinin təşkilatçılığı ilə ərsəyə gələn tədbirdə ilk öncə fiziki məhdudiyyətli gənclərin əl işlərindən ibarət olan sərgi nümayiş etdirilib. Təşkil olunan tədbirdə “Deaf Community” ictimai birliyinin sədri, işarə dili təlimçisi Nuranə Abıyeva, Milli Paralimpiya komitəsi Boccia idman federasiyasının baş katibi İlham Məhərrəmov, gənc yazar Mətanət Qüdsi, uzman psixiatr Azər Bağırov iştirak edib.
    Çıxış edən Nuranə Abıyeva 3 il öncə, tələbə olarkən yaxından öyrənməyə başladığı işarə dili, eşitmə və danışma məhdudiyyətli insanların bizimkindən fərqlənməyən həyatları haqqında məlumatları, həmçinin böyük həvəslə başladığı çətin və bir o qədər də maraqlı sahəsi haqqında tədbir iştirakçıları ilə fikirlərini bölüşüb. O, qeyd edib ki, hər birimiz eşitmə və danışma məhdudiyyətli insanların əslində bizlərdən fərqlənmədiklərini onlara hiss etdirmək, cəmiyyətə inteqrasiyalarına az da olsa kömək etmək üçün işarə dilini öyrənməliyik.
      Daha sonra, Milli Paralimpiya komitəsi Boccia idman federasiyasının baş katibi İlham Məhərrəmov, gənc yazar Mətanət Qüdsi çıxış edərək, öz həyat hekayələrini, yaradıcılığı və uğurlarından söz açıblar. Xəstəliyinin ilk zamanlarında keçirdiyi problemlərə baxmayaraq, heç vaxt tutduğu yoldan dönməyən, təhsilini davam etdirərək əslində fiziki məhdudiyyətli insanların digərlərindən heç bir fərqinin olmadığını cəmiyyətə çatdırmağa çalışan sevimli yazar, oxucuları tərəfindən maraqla oxunan kitablarının ərsəyə gəlmə tarixini də tədbir iştirakçıları ilə bölüşüb.
      Tədbirin gedişatında digər qonaqlar da həmçinin eyni mövzuda bilik və təcrübələrini bölüşüblər.
Sonda, universitet təbələrinin ifasında musiqi nömrəsi tədbir iştirakçılarına təqdim olunub.

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020