BMU beynəlxalq təşkilatların diqqətini cəlb edir BMU beynəlxalq təşkilatların diqqətini cəlb edir

, baxılıb - 447 dəfə

Dünya Bankının Təhsil üzrə nümayəndələri  Bakı Mühəndislik Universitetində olublar.  Qonaqlar bildiriblər ki, məqsədləri Azərbaycanda təhsil innovasiya mühitinin  və AMEA ilə universitetlər arasında əlaqənin təhlilini  aparmaqdır. Təhlilin nəticəsi kimi  əməkdaşılığın inkişafı üçün  təkliflərimizi veririk. BMU-da elmi araşdırmaların vəziyyəti haqqında onları maraqlandıran suallar veriblər.

    Universitetin rektoru  professor Havar Məmmədov  qonaqlara universitet haqqında məlumat verərək bildirib ki,  Bakı Mühəndislik Universiteti gənc universitetdir. Gənc olmasına baxmayaraq, universitetin müasir maddi-texniki bazası və kadr potensialı var. Universitetdə əsasən mühəndislik ixtisasları üzrə olsa da,  iqtisadiyyat və idarəetmə ixtisasları üzrə kadrlar da hazırlanır. Beynəlxalq əlaqələrimiz də getdikcə genişlənir. Mövlana, Erasmus+  kimi beynəlxalq proqramlarla  əməkdaşlıq edilir. Ölkəmizdə müasir texnologiyalı sənaye parkları istifadəyə verilir. Müasir texnologiyanı mənimsəyən kadr hazırlığı üçün yerli və xarici  müəssisələrlə  əlaqələrimiz yüksək səviyyədə qurulub.  Biz tədrislə yanaşı elmi tədqiqatlara da  diqqət edirik. Universitetimizdə elmi tədqiqatlar və layihələr həyata keçirən kadr potensialımız var. Bir alimimiz iisə ölkə üzrə ilin alimi seçilib. AMEA ilə birgə elmi layihələr həyata keçirmək planlarımız arasındadır. Əsas hədəfimiz isə sahibkarlıq universitetinə çevrilməkdir. Bu yaxınlarda bu sahədə dünyada məhşur olan mütəxəssislərin iştirakı ilə innovasiya ekosistemlərinin qurulması mövzusunda konfrans da keçirdik.

    BMU Texnoparkın müdiri Samir Məmmədov  texnoparkın fəaliyyəti haqqında qonaqlara məlumat verib. O, qeyd edib ki, texnoparkda müəllim və tələbələrin startap fəaliyyəti üçün hər cür şərait yaradılıb. Texnoparkda hazırlanan startapların və onların hazır məhsullarının beynəlxalq tədbirlərdə təmsil ounduğunu da diqqətə çatdırıb.

     Sonda səmimi qəbula görə təşəkkür edən qonaqlar universitetin müasir laboratoriyaları ilə tanış olublar.

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020