BMU Qadınlar Şurası xeyriyyə tədbiri keçirib BMU Qadınlar Şurası xeyriyyə tədbiri keçirib

, baxılıb - 310 dəfə

 

  Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 95 illik yubileyinə həsr olunmuş tədbirlər planı silsiləsindən Bakı Mühəndislik Universitetinin Qadınlar Şurası xeyriyyə aksiyası keçirib. Aksiya çərçivəsində Bakı Mühəndislik Universitetinin Qadınlar Şurasının sədri Ətrabə Gül, sədr müavini Jalə Zeynallı və  şura üzvləri Bakı şəhərində yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 saylı respublika xüsusi İnternat məktəbini ziyarət ediblər. 5 saylı respublika xüsusi  İnternat məktəbinin direktoru İradə Vəzirova Bakı Mühəndislik Universiteti  Qadınlar Şurasının üzvlərini qarşılayaraq onlara  məktəb haqqında ümumi məlmat verib. İradə Vəzirova bildirdi ki, məktəbdə gözdən əlil uşaqlar təhsil alır, bununla yanaşı internatda uşaqların müalicəsi və müayinəsi də aparılır. Belə bir aksiyanı təşkil etdikləri  üçün aksiya təşkilatçılarına təşəkkür edib.

    Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 saylı respublika xüsusi İnternat məktəbinnin direktoru İradə Vəzirova ilə görüşdən sonra, məktəbdə təhsil alan şagirdlərdən 13 nəfəri seçilərək “Sultan Optik”ə  aparıldı. Seçilən 13 nəfər 6 – 7 ci siniflərdə təhsil alan, aztəminatlı ailələrin övladları və valideynlərindən birini və ya hər ikisini itirmiş uşaqlar idi.  Bakı Mühəndislik Universitetinin Qadınlar Şurasının təşkilatçılığı ilə “Sultan Optik” də uşaqların gözləri müayinə olundu və şagirdlərə yeni eynəklərin alınması üçün sifarişlər edildi.  Bakı Mühəndislik Universitetinin Qadınlar Şurası bu səpkidə xeyriyyə tədbirlərini davam etdirəcəkdir.

 

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020