BMU Qadınlar Şurası xeyriyyə aksiyası keçirib BMU Qadınlar Şurası xeyriyyə aksiyası keçirib

, baxılıb - 80 dəfə

   Bakı Mühəndislik Universiteti Qadınlar Şurası fəaliyyətə başladığı gündən universitetin ictimai-sosial həyatında aktiv rol oynayır. Şura tərəfindən mütəmadi  olaraq universitetin inzibati işçiləri üçün maarifləndirici və xeyriyyəçilik tədbirləri keçirilir. Özəl tibb müəssisələri ilə şura arasında qurulan əməkdaşlıq çərçivəsində universitet əməkdaşlarının tibbin fərqli sahələri üzrə müayinədən keçmələri təşkil edilir.

   BMU Qadınlar Şurasının sədri Ətrabə Gül bildirib ki, şuranın keçirdiyi tədbirlər davam edir. Fevral ayında BMU-nun təsərrüfat şöbəsində işləyən xanımlara ərzaq yardımı göstərilib. Üzvlərimiz tərəfindən kollektivdə ehtiyacı olan şəxslər müəyyən olunur və onlara lazımi köməkliyi göstərməyə çalışırıq. 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2019