BMU Qadınlar Şurası tərəfindən Göz müayinəsi aksiyası təşkil olunub BMU Qadınlar Şurası tərəfindən Göz müayinəsi aksiyası təşkil olunub

, baxılıb - 451 dəfə

   BMU Qadınlar Şurasının təşkilatçılığı ilə Azercell Mobil Göz Klinikası və “Xəzər Qayğıkeşlik Layihəsi”  Humanitar İctimai Birliyi tərəfindən 40 nəfərdən çox universitet əməkdaşı göz müayinəsindən keçirilib. Qadınlar Şurası tərəfindən artıq ənənə halını almış xeyriyyə aksiyasında gözlərini müayinə etdirən əməkdaşlar təşkilatçılara minnətdarlığını bildiriblər. Qeyd ediblər ki, gözlərində narahatlıq hiss etsələrdə vaxt amilini səbəb gətirərək müayinəyə gedə bilmirlər. İş yerimizdə Qadınlar Şurası tərəfindən belə bir aksiyanın təşkili bizim üçün sevindirici oldu. Həkimlər gözümüzdə olan problemi və müalicə üsulları  barədə bizə ətraflı məlumat verdilər. Gözümüzdə olan problemlərdən asılı olaraq yaxın və uzaq görmə üçün bizi eynəklə təmin etdilər.

   BMU Qadınlar Şurasının sədri Ətrabə Gül  ictimai təşkilatın təşəbbüsünə müsbət reaksiya verərək universitetdə belə bir aksiyanın təşkili üçün “Xəzər Qayğıkeşlik Layihəsi”  Humanitar İctimai Birliyinin rəhbərliyinə və eləcədə Həkim Oftolmoloq Nərgiz Kəlbiyevaya təşəkkürünü bildirdi. Qeyd etdi ki, əvvəl keçirdiyimiz aksiyalarda  uşaq evlərində və Abşeron rayonunda yaşayan aztəminatlı və imkansız insanlar iştirak edirdi. Bu xeyriyyə aksiyasında isə universitetimizdə , xüsusən inzibati işlərdə işləyən əməkdaşların yararlanmalarını istədik. Şura sədri qeyd edib ki, bu cür aksiyaları davam etdirəcəklər. 

 

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018