BMU Qadınlar Şurası “Sağlamlıq ” aksiyası keçirib BMU Qadınlar Şurası “Sağlamlıq ” aksiyası keçirib

, baxılıb - 203 dəfə

 

  BMU-da Qadınlar Şurası və Nərgiz klinikası ilə birgə növbəti sağlamlıq aksiyası keçirilib. Universitetin Qadınlar şurasının sədri Ətrabə Gül aksiya haqqında məlumat verərək klinikanın həkimləri tərəfindən universitet əməkdaşlarının daxili orqanlarının ümumi müayinəsinin aparılacağını qeyd edib.

  Tədbirdə universitetin prorektoru Bayram Hüseynzadə çıxış edərək  aksiyanın təşkilinin faydalarından danışıb və təşkilatçılara təşəkkürünü bildirib.

  Nərgiz klinikasının baş həkimi t.e.d. Məlahət Qəhrəmanova çıxış edərək, klinikanın 2006–cı ildən fəaliyyət göstərdiyini, ən müasir texnologiya olan hidrokolonterapiya üsulundan istifadə etməklə mədə-bağırsaq traktının kəskin və xroniki xəstəlikləri effektiv müalicə olunduğunu qeyd edib. Sonda baş həkim klinikanın güzəştlərindən danışıb və universitetin bir neçə əməkdaşına klinikanın güzəşt kartlarını təqdim edib.

 

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018