BMU-Müəssisələrlə Əlaqələr və Karyera Departamentinin  təşkil etdiyi  “Online Müraciət Xidməti” bu gündən xidmətinizdədir BMU-Müəssisələrlə Əlaqələr və Karyera Departamentinin təşkil etdiyi “Online Müraciət Xidməti” bu gündən xidmətinizdədir

, baxılıb - 408 dəfə

Müəssisələrlə Əlaqələr və Karyera Departamenti məzun olub karyera yolunda atılan ilk addımda məzunlarının yanında olmağa böyük əhəmiyyət verir .Onlara karyera seçimində CV-i hazırlamasında köməklik göstərir iş dünyası ilə məzunlar arasında əlaqələr qurur. “Online Müraciət Xidməti” məzunlarımızın CV-i bazasını yaratmaq, mövcud vakansiyalar olduğunda dəyərləndirmək üçün atılan addımdır.  Bəs karyera nədir? CV-i nədir?

Karyera işçinin əməyinin gələcəyi haqqında subyektiv düşünülmüş şəxsi mülahizələrdir, əməklə özünü ifadə etmə və qane olmanın gözlənilən yollarıdır. Karyera - yalnız xidmət üzrə irəliləyiş deyildir. İşdən kənar həyat da karyeranın tərkib hissəsi olmaqla, işçinin karyerasına əhəmiyyətli təsir göstərir. Karyera - insanın həyatı boyunca işgüzar təcrübə və fəaliyyətlə bağlı fərdi düşünülmüş mövqe və davranışdır.Karyeranın qurulması istiqamətində ilk addimlardan biridə CV-dir.

CV hazırlamadan öncə birinci növbədə hər bir insan özündə dəqiq təsəvvür yaradmalıdır ki, CV nədir və ən əsası- bu sənədin əhəmiyyəti və məqsədləri nədir?

CV sizin həm peşəkar, həm də şəxsi keyfiyyətləriniz haqqında məlumat alacağınız ilk mərhələdir eyni zamanda peşəkar bacarıqlarınıza əlavə olaraq CV-i həm də insanın detallara qarşı olan yanaşmasını göstərir.

CV məzmunu aydın, dəqiq şəkildə bölünmüş, Sizin peşəkar məqsədləriniz və bacarıqlarınız haqqında məlumat verməlidir. Hər gün onlarla CV analiz edən insanlar CV-də yazılmayanları təsəvvür edə bilməzlər. Siz özünüz CV-ni sistemli şəkildə özünüz haqqınızda təqimdat olaraq düşünməlisiniz.

Qeyd: Hörmətli tələbə və məzunlar CV-nizi aşağıda qeyd edilən linkə daxil olaraq doldura bilərsiniz.

http://beu.edu.az/alumni/?mod=register

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2017