BMU “Məktəblilərin İnformatika üzrə Respublika fənn olimpiadası”nın Respublika mərhələsinin yarımfinal turu keçirilib BMU “Məktəblilərin İnformatika üzrə Respublika fənn olimpiadası”nın Respublika mərhələsinin yarımfinal turu keçirilib

, baxılıb - 137 dəfə
BMU “Məktəblilərin İnformatika üzrə Respublika fənn olimpiadası”nın Respublika mərhələsinin yarımfinal turu keçirilib7-8 aprel 2018 ci il tarixində Olimpiadaların Respublika mərhələsinin yarımfinal turunda orta məktəb şagirdləri Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix, coğrafiya və informatika fənləri üzrə biliklərini sınayıblar. Bundan əlavə, bilik yarışında xüsusi istedadı və yüksək hazırlığı ilə seçilən aşağı sinif şagirdləri də öz bilik və bacarığını nümayiş etdiriblər. İnformatika fənni üzrə olimpiada isə aprelin 8-də Bakı Mühəndislik Universitetində təşkil olunub. Yüksək səviyyədə təşkil olunan müsabiqədə Bakı, Gəncə, Sumqayıt, Şirvan, Qusar, Mingəçevir, Lənkəran, Kürdəmir, İsmayıllı ümümtəhsil məktəblərindən 107 şagird iştirak edib. İnformatika fənn olimpiadası 3 qrup (5-8, 9, 10-11-ci siniflər) üzrə keçirilib. Bu müsabiqədə ilk dəfə olaraq PC^2 Proqramlaşdırma Müsabiqəsi Nəzarət Sistemindən istifadə edilib və yeni qayda tətbiq olunub. Yarımfinal turundan əvvəl sistemlə tanışlıq məqsədilə sinaq turu keçirilib. Sonra şagirdlərə yarımfınal turunun məsələləri təqdim edilib və 4 saat ərzində 5 alqoritmik məsələnin proqramlarını (C, C++, Python, Pascal, Java proqramlaşdırma dillərində) tərtib etmək və PC^2 sistemində sınaqdan keçirmək tapşırığı verilib. Müvəffəqiyyət qazanan şagirdlər 6 may 2018-ci il tarixində keçiriləcək müsabiqənin final turunda iştirak edəcəklər.
Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.
NAPCAR
BEU ACM & IOI Training Center
BEU ACM Student Chapter
Azerbaijan ACM Chapter

BMU-nun Mətbuat Xidməti

BMU “Məktəblilərin İnformatika üzrə Respublika fənn olimpiadası”nın Respublika mərhələsinin yarımfinal turu keçirilibBMU “Məktəblilərin İnformatika üzrə Respublika fənn olimpiadası”nın Respublika mərhələsinin yarımfinal turu keçirilib
 
 
 
Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018