BMU  “Geneva Business School” ilə əməkdaşlıq edəcək BMU “Geneva Business School” ilə əməkdaşlıq edəcək

, baxılıb - 290 dəfə

Geneva Business School  ilə Bakı Mühəndislik Universitetinin birgə əməkdaşlıq proqramları həyata keçirməsi müzakirə edilib.

Geneva Business School   Məktəbinin Direktoru  cənab Mark Hatton və həmin məktəbin dekanı Dr. Brahim Gacem  Bakı Mühəndislik Universitetində olublar. Görüşün əsas məqsədi olaraq Azərbaycan  Geneva Business School təhsil müəsisəsinin  fəaliyyət istiqamətlərini  və BMU ilə birgə layihələrin həyata keçirilməsidir.

   Universitetin rektoru, professor Havar Məmmədov  Bakı Mühəndislik Universitetinin ixtisasları, maddi-texniki bazası barədə ətraflı məlumat verib. Qeyd edib ki, BMU-nun inkişafı istiqamətlərindən biri də beynəlxalq əlaqələrinin genişləndirilməsidir. Beynəlxalq Təhsil Assosiasiyalarına üzv olmaq və universitetlərlə əlaqələrin qurulması üçün işlər aparırıq. İngilis dilli təhsilin və müasir standartlara cavab verən təhsil sistemini bilən akademik heyətimizin olması beynəlxalq əməkdaşlığın qurulmasındakı üstünlüklərimizdəndir.

     Geneva Business School   Məktəbinin Direktoru  cənab Mark Hatton səmimi qəbula görə təşəkkür edib.Bildirib ki, təmsil etdiyi təhsil müəssisəsinin missiyyası iqtisadiyyat və biznes sahələrində ən müasir, xüsusən də ölkələrin iqtisadi və sosial inkişafına təkan verən təhsili təmin etməkdən ibarətdir. BMU-ilə birgə təhsil lahiyələri həyata keçirək. 

   Sonda qonaqlar universitetin maddi texniki bazası ilə tanış olublar.

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020