BMU –da müsabiqədə uğur qazanan məktəblilərə sertifikatlar verilib BMU –da müsabiqədə uğur qazanan məktəblilərə sertifikatlar verilib

, baxılıb - 180 dəfə

Dekabrın 14-də Bakı Mühəndislik Universitetində (BMU) paytaxtdakı ümumtəhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında keçirilən gənc fiziklərin yaradıcılıq müsabiqəsinin final mərhələsinin birinci hissəsi olan təcrübə işi ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə BMU-nun rektoru Havar Məmmədov təhsilə göstərilən dövlət qayğısından danışıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva müsabiqə barədə məlumat verərək bildirib ki, bilik yarışı məktəblilərin fizika fənninə olan maraqlarının daha da artırılması məqsədilə təşkil edilib.

Sonra müsabiqənin final mərhələsinə vəsiqə qazanan məktəblərin komandaları təcrübə işini yerinə yetiriblər.

Final mərhələsinin birinci hissəsində iştirak edən 15 komandanın tərkibindəki 45 şagirdə sertifikatlar təqdim olunub.

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018