BMU –da abituriyentlərlə görüş keçirilib BMU –da abituriyentlərlə görüş keçirilib

, baxılıb - 377 dəfə

 

   Bakı Mühəndislik Universitetində “ Yüksək nəticəni necə əldə edək ” adlı layihə çərçivəsindənövbəti tədbir keçirilib. Universitetin əməkdaşı Adil Vəliyevin təşkilatçılığı ilə keçirilən tədbirdə  Abşeron rayon məktəblərindən bu il məzun olan şagirdlər və bir neçə Hazırlıq Kurslarının dinləyiciləri iştirak edib. Hər biri 20 dəqiqə olmaqla 6 nəfər tanınmış şəxs şagirdlər önündə çıxış edib. Çıxış edən spikerlər Dr. İsa Qasımov, psixoloq Hüseyn Xəlilov, Adil Vəliyev, Elvin Bədirli, Zəfər Həsənov və Fatmeyizəhra Nəbizadə əsasən  abituriyentlərə növbəti qəbul imtahanına psixoloji hazırlıq, universitet və ixtisas seçimi, iş dünyasının və müasir dövrün tələblərinə uyğun kadr olmaq üçün nə etməli və s. mövzularda tövsiyyə xarakterli çıxışlar ediblər. Abituriyentlər tədbirdə aktiv iştirak edərək onları düşündürən sualları spikerlərə ünvanlayıblar. Hədəf Kurslarının nümayəndəsi Mahir Vəliyev abituriyentlərin görüşdə dəyərli məlumatlar əldə etdiklərini qeyd edib və  tədbirin təşkili üçün BMU rəhbərliyinə təşəkkürünü bildirib.

   Sonda  spikerlərə BMU-nun  hədiyyələri təqdim edilib.

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018