BMU –da Bəhram Bağırzadə ilə görüş keçirilib BMU –da Bəhram Bağırzadə ilə görüş keçirilib

, baxılıb - 77 dəfə

 

 Bakı Mühəndislik Universitetində 30-dan çox tələbə klubu tələbələrin universitet həyatına rəng qatır. Həm də onları ixtisasları ilə yanaşı sosial tədbirlərin təşkilatçısına çevirir. Belə ki, tələbələr üzv olduqları klubun istiqamətinə uyğun tədbirlər keçirir, dünyada və ölkəmizdə tanınmış şəxslərlə tələbələrin görüşünü təşkil edirlər.

 Bu gün də universitetin tələbələrdən ibarət “İnteress”  və  “Sənaye mühəndisliyi”  klublarının birgə təşkilatçılığı ilətanınmış Azərbaycanın əməkdar artisti, naşir, rəssam Bəhram Bağırzadə ilə görüş keçirilib. Klub rəhbərləri tədbir iştirakçılarına Bəhram Bağırzadənin həyat və yaradıcılığı haqqında məlumat veriblər.

     Bəhram Bağırzadə tələbələri salamlayıb, kino və teatr, onun insanların inkişafında rolu barədə ətraflı danışıb. O, tələbələrə teatrlara getməyi, tamaşa izləməyi və teatrlarda tamaşaların müzakirəsində iştirak etməyi tövsiyyə edib.

Tələbələrin çoxsaylı suallarını cavablandıran  Bəhram Bağırzadə  sonda bəyəndiyi sualın müəllifi olan tələbəyə müəllifi olduğu kitabını hədiyyə edib.

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018