BMU əməkdaşlarının beynəlxalq dərəcəli elmi jurnalda məqaləsi dərc olunub BMU əməkdaşlarının beynəlxalq dərəcəli elmi jurnalda məqaləsi dərc olunub

, baxılıb - 162 dəfə

   BMU İqtisadiyyat və idarəetmə fakültəsinin əməkdaşları Ceyhun Mahmudlu və Şamxal Əbilovun “Dağlıq Qarabağ Münaqişəsində sülh yaratma prosesi: İranın vasitəçilik səyi niyə uğursuz oldu? (The peace-making process in the Nagorno-Karabakh conflict: why did Iran fail in its mediation effort?)” adlı məqaləsi Scopus məlumat bazasına daxil olan “Müasir Mərkəzi və Şərqi Avropa Jurnalında (Journal of Contemporary Central and Eastern Europe)” dərc edilib.

    Müasir Mərkəzi və Şərqi Avropa Jurnalı, Almaniya və Rusiya arasındakı bölgədə iqtisadi, sosial, mədəni və siyasi perspektivləri və inkişafları təhlil edən bir çox istiqamətli jurnaldır.Jurnal ictimai elmlərin bütün sahələrindətədqiqat işlərini nəşr edir.

    Bakı Mühəndislik Universitetinin əməkdaşlarının yayınladığı tədqiqat işi İranın 1992-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycan Ermənistan arasında vasitəçilik missiyasının nə üçün uğursuzluğa məruz qaldığını “Üçüncü tərəf vasitəçilik” nəzəriyyəsi əsasında izah edir və nəticə olaraq bu nəzəriyyənin mövcud problemi izah etməkdə uyğun vasitə olduğunu göstərir. Tədqiqat işini aşağıdakı keçiddən əldə etmək mümkündür:

    Fakültə dekanı Dr. Yaşar Ehtibarlı, müəllimlərin impakt faktorlu beynəlxalq dərəcəli elmi jurnallarda məqalə dərc etdirməsinin sevindirici hal olduğunu qeyd edir. O bildirir ki, tədris prosesinə böyük uğurları olan tədqiqatçıların cəlb olunması universitetdə təhsilin səviyyəsini artıran ən mühüm amillərdəndir. Hər iki müəllimizə fəaliyyətlərində daha böyük uğurlar arzu edirik.

http://www.tandfonline.com/eprint/pRiFgxM3YCAypZxaqAXw/full

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2017