BMU əməkdaşının məqaləsi nüfuzlu jurnalda nəşr olunub BMU əməkdaşının məqaləsi nüfuzlu jurnalda nəşr olunub

, baxılıb - 33 dəfə

 

BMU əməkdaşının məqaləsi nüfuzlu jurnalda nəşr olunub

 
 

Hurriyyet.org xəbər verir ki, Bakı Mühəndislik Universiteti İngilis dili və ədəbiyyatı kafedrasının əməkdaşı Dos.Venera Süleymanovanın Minimizers in Azerbaijani from a comparative perspective məqaləsi Almaniyada nəşr olunan dilçilik sahəsində dünyanın məhşur elmi jurnallarından sayılan Folia Linguisticajurnalında nəşr olunub.

Qeyd edək ki bu məqalə son beş ildə Azərbaycandan dilçilik sahəsində Web Of Science platformunda indexlənən impact faktorlu jurnalllarda nəşr olunan ilk məqalələrdəndir. Qeyd edək ki Folia Linguistica həm Web of Sciance platformında həm də Scopus bazasında indeklənən A kateqoriya sayılan nüfuzlu jurnallardandır. Niderlanıdın Groningen Universitetində Erasmus Mundus Alrakis II proqramı ilə 6 ay tədqiqat apararkən bu universitetin dilçi alimi prof. Hoeksemanın həmmüəllifliyi ilə nəşr olunan məqalədə Azərbaycan dilçiliyinin inkarlıq aspektəri tədqiq edilib. Qeyd edək ki bir neçə kitab və məqaləsi nəşr olunan dos.Venera Süleymanova İngiltərə Ruminya Almaniya Sloveniya və diğər bir neçə ölkədə müxtəlif layihələrlə elmi ezamiyyətdə olub. Hazırda ABŞ dövlət departamentinin Fulbright proqramı çərçivəsində dünyanın nüfuzlu universitetlərindən sayılan University of Marylandda post doktora təqaüdü ilə 6 aylıq ezamiyyətdə olan əməkdaşımız Amerikalı alimlərlə Azərbaycan dilçiliyi ilə əlaqəli yeni bir tədqiqat aparır.

https://www.degruyter.com/view/j/flin.2018.52.issue-1/flin-2018-0004/flin-2018-0004.xml
https://doi.org/10.1515/flin-2018-0004

 

http://hurriyyet.org/xeber/bmu_emekdasinin_meqalesi_nufuzlu_jurnalda_nesr_olunub

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018