Bakı Mühəndislik Universiteti İngilis dili və ədəbiyyatı kafedrasının əməkdaşı Dos.Venera Süleymanovanın Minimizers in Azerbaijani from a comparative perspective məqaləsi Almaniyada nəşr olunan dilçilik sahəsində dünyanın məhşur elmi jurnallarından sayılan Folia Linguistica jurnalında nəşr olunmuşdur. Qeyd edək ki, bu məqalə son beş ildə Azərbaycandan dilçilik sahəsində Web Of Science platformunda indekslənən impact faktorlu jurnalllarda nəşr olunan ilk məqalələrdəndir. Qeyd edək ki Folia Linguistica həm Web of Sciance platformında həm də Scopus bazasında indekslənən A kateqoriya sayılan nüfuzlu jurnallardandır. Niderlanıdın Groningen Universitetində Erasmus Mundus Alrakis II proqramı ilə 6 ay tədqiqat apararkən bu universitetin dilçi alimi prof. Hoeksemanın həmmüəllifliyi ilə nəşr olunan məqalədə Azərbaycan dilçiliyinin inkarlıq aspektəri tədqiq edilmişdir.Qeyd edək ki bir neçə kitab və məqaləsi nəşr olunan dos.Venera Süleymanova İngiltərə, Ruminya, Almaniya, Sloveniya və diğər bir neçə ölkədə müxtəlif layihələrlə elmi ezamiyyətdə olumuşdur. Hazırda ABŞ dövlət departamentinin Fulbright proqramı çərçivəsində dünyanın nüfuzlu universitetlərindən sayılan University of Marylandda post doktora təqaüdü ilə 6 aylıq ezamiyyətdə olan əməkdaşımız Amerikalı alimlərlə Azərbaycan dilçiliyi ilə əlaqəli yeni bir tədqiqat aparır.
https://www.degruyter.com/view/j/flin.2018.52.issue-1/flin-2018-0004/flin-2018-0004.xml
https://doi.org/10.1515/flin-2018-0004
Universitetlər arasında əməkda.. [20-Apr-2018] |
BMU-da Qan Turalının əsərinin .. [18-Apr-2018] |
BMU-da futbol turniri təşkil o.. [18-Apr-2018] |
BMU-da təlimlər keçirilmişdir.. [16-Apr-2018] |
Birinci vitse-prezident Mehrib.. [16-Apr-2018] |
Bakı Mühəndislik Universitetin.. [14-Apr-2018] |
NASA –da işləmiş həmyerlimiz B.. [10-Apr-2018] |
BMU-da KPMG şirkətinin Karyera.. [10-Apr-2018] |
Bakı Mühəndislik Universitetin.. [09-Apr-2018] |
BMU-da Hüseyn Cavidin anadan .. [06-Apr-2018] |