BMU əməkdaşı Koreya Respublikasında təlimlərdə iştirak edəcək BMU əməkdaşı Koreya Respublikasında təlimlərdə iştirak edəcək

, baxılıb - 239 dəfə

  11-30 oktyabr 2018-ci il tarixlərində Koreya Respublikasında keçiriləcək `Yüksək səviyyəli ETİ (Elm, Texnologiya və İnnovasiya) Siyasəti və Strateji İinkişafı` (High Level STI (Science, Technology and Innovation) Policy and Strategy Development) adlı təlim proqramı keçiriləcək. Bakı Mühəndislik Universiteti Texnoparkının direktor müvini dosent İsa Qasımov həmin proqramda iştirak etmək üçün dəvət alıb. Əməkdaşımızın Yüksək səviyyəli ETİ (Elm, Texnologiya və İnnovasiya) Siyasəti və Strateji İinkişafı` təlim proqramında iştirak etməsi, həm innovasiya ekosistemi haqqında Koreya təcrübəsinin öyrənilməsi, həm də BMU-nun sahibkar universitet modelində inkişafı üçün beynəlxalq əməkdaşlıq imkanlarının artırılması baxımından da əmiyyətlidir.

  Təlim Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) və Koreya Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI) tərəfindən təşkil edilir.Yüksək səviyyəli ETİ (Elm, Texnologiya və İnnovasiya) Siyasəti və Strateji İinkişafı` təlim proqramı elmin kommersiyalaşdırılması və inkişafının planlaşdırılması, innovasiya və sahibkarlığın inkişafı, həmçinin bu istiqamətdə potensialın öyrənilməsi və artırılmasına həsr edilib. Beynəlxalq xarakter daşıyan təlim proqramı nəzəri və praktiki hissələrdən ibarətdir. 

Qeyd edək ki, Koreya Respublikası elmin kommersiyalaşdırlması və innovasiyaların inkişafı, eləcə də bu proseslərin effektiv siyasətinin təşkilində dünyada özünü isbat etmiş və qabaqcıl ölkələrdəndir. İstər ölkənin qeyd olunan sektorda əldə etdiyi yüksək nəticələri, istərsə də təlim proqramının mövzusu və gündəliyi çox əhəmiyyətli olmaqla yanaşı, Azərbaycanda innovasiya ekosisteminin qurulması, o cümlədədn BMU-nun inkişaf strategiyası üçün də aktualdır.

 


 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018