BMU əməkdaşı Astroseminarda çıxış edib BMU əməkdaşı Astroseminarda çıxış edib

, baxılıb - 99 dəfə

 

   AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib. Rəsədxananın Bakı bölməsində baş tutan tədbiri giriş sözü ilə açan Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, f-r.ü.f.d Elçin Babayev seminar haqqında tədbir iştirakçılarına məlumat verib.

   Sonra ŞAR-ın baş elmi işçisi, AMEA-nın müxbir üzvü Əyyub Quliyev və Bakı Mühəndislik Universitetinin fizika kafedrasının dissertantı Həzi Qasımovun birgə hazırladıqları "Yeni kometlərin tapılmasında Günəş aktivliyinin rolu" adlı məruzə dinlənilib. Həzi Qasımov alimlərin çoxsaylı suallarını cavablandırıb və onların tövsiyyələrini dinləyib.

  

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018