BMU  Şenyanq Universiteti ilə əməkdaşlıq edəcək BMU Şenyanq Universiteti ilə əməkdaşlıq edəcək

, baxılıb - 268 dəfə

Şenyanq Universitetinin nümayəndə heyəti Bakı Mühəndislik Universitetində olub. Qonaqları qəbul edən BMU-nun rektoru professor Havar Məmmədov universitet haqqında ətraflı məlumat verib. Bildirib ki, universitet Prezidentin sərəncamı ilə 2016-ci ildən fəaliyyətə başlayıb. Hal – hazırda Mühəndislik, iqtisadiyyat və idarəetmə və pedoqoji fakültələr var. Hədəfimiz ölkəmizin ali təhsilinin inkişaf prespektivində müasir bilik və bacarığa yiyələnmiş kadr hazırlamaqdır. Universitetin xarici əlaqələrindən danışan rekdor qeyd  edib ki, BMU-da  100-dən çox xarici tələbə təhsil alır. Çindən tələbəmiz var idi indi o məzun olub.

   Şenyanq Universitetinin partiya komitəsinin sədri Su Venjie  səmimi qəbula görə təşəkkür edərək təmsil etdiyi universitet haqqında məlumat verib. Bildirib ki, Şenyanq universiteti ilə BMU-nun ixtisasları oxşardır. Bizim universitetdə 20 fakültə, 66 ixtisas var. 18000 tələbənin 500-ü xarici tələbədir. Biz istəyirik ki, sizin universitetlə əməkdaşlıq edək. İlk mərhələdə bir neçə tələbənin mübadiləsini edək. Sonra isə digər sahələrdə də əməkdaşlıq edək.

  BMU –nun Xarici əlaqələr üzrə prorektorluğunun təşkilatçılığı ilə keçirilən    görüşün sonunda universitetlər arasında əməkdaşlıq müqaviləsi imzalanıb və xatirə şəkli çəkilib.

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018