BMU  "Microsoft " şirkəti ilə əməkdaşlığa başlayır BMU "Microsoft " şirkəti ilə əməkdaşlığa başlayır

, baxılıb - 976 dəfə

   Bakı Mühəndislik Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Manafəddin Namazov "Microsoft" şirkətinin təhsil proqramları üzrə meneceri Emin Axundovla görüş keçirib.

   Görüşün əsas məqsədi "Microsoft" şirkətinin xidmət və məhsullarının tədris prosesinə inteqrasiya olunmasını təşkil etməkdir. Bakı Mühəndislik Universitetinin tələbələri bu xidmətlərdən (Microsoft 365 məhsulu, Microsoft office proqramları, Cloud tətbiqləri, təhsil proqramları və s.) 3 il ərzində ödənişsiz istifadə edəcəklər. Microsoft Akademiyası bacarıqları inkişaf etdirmək üçün ödənişsiz təlim kurslarına qatılmaq imkanı təklif edib (Data Science, Artificial İntelligence, Cybersecurity, İOT, Entry Level Software Development, DevOps, İT Support, Big Data).

   Bakı Mühəndislik Universitetinin "Microsoft" şirkəti ilə əməkdaşlığı tədris prosesində elektron və kompüter texnologiyalarının istifadəsini geniş şəkildə yayılmasını və tətbiqini dəstəkləyir.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020