BMU–da kosmonavt  ilə görüş keçirilib BMU–da kosmonavt ilə görüş keçirilib

, baxılıb - 961 dəfə

   ABŞ astronavtı Heidemarie Martha Stefanyshyn-Piper  ABŞ səfirliyinin dəstəyi ilə Bakı Mühəndislik Universitetində  tələbələrlə görüş keçirib. İlk öncə Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra universitetin audit xidmətinin rəhbəri Yavər Məmmədov qonağı və tədbir iştirakçılarını salamlayıb, təşkil olunan tədbirin çox maraqlı olacağını  auditoriyanın diqqətinə çatdırıb.

   Dünyanın 35-ci qadın kosmonavtı olan xanım Piper, 30 illik NASA karyerası haqqında tələbələrə ətraflı məlumat verib. Bildirib ki, “dəniz donanması ixtisasını bitirdikdən sonra donanmaya dalğıc kimi işə düzəldim. NASA-ya 2 dəfə müraciət etdim. Ora işə düzəlmək üçün isə ixtisas və təcrübə əsas götürülür. İlk müraciətim uğursuz olsa da ikinci müraciətim uğurlu alındı. Çünki iş təcrübəm var idi. İki dəfə kosmosa uçmuşam. İlk dəfə orada kosmik mərkəz inşa etdik. İkinci dəfə isə mərkəzə təhçizat apardıq və bərpa işləri gördük. Kosmonavtların əksəriyyəti 30 yaşdan yuxarı olur. Kosmosda olanda isə qeyri-adi heç nə ilə qarşılaşmadıq və orada həyatın olub–olmaması ilə heç bir sübut görmədik”.

   Xanım Piper  kosmosda çəkdiyi foto və videoları tələbələrə nümayiş etdirib.

 Sonda qonaq tələbələri maraqlandıran sualları cavablandırıb.

 

 

 

 

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020