BMU-nun əməkdaşları “Sahibkarlığın tədrisi və innovativ təlim üsulları” mövzusunda təlimdə iştirak ediblər BMU-nun əməkdaşları “Sahibkarlığın tədrisi və innovativ təlim üsulları” mövzusunda təlimdə iştirak ediblər

, baxılıb - 494 dəfə

  Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) İngiltərənin “Newcastle Universiteti” ilə birlikdə Britaniya Şurasının dəstəyi ilə “Yaradıcı Qığılcım (Creative Spark)” layihəsini icra edir. Layihənin əsas məqsədi gənclər arasında innovativ sahibkarlıq və müəssisə idarəetmə təfəkkürünün formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində işlərin görülməsidir.

   Böyük Britaniyanın “Newcastle Universiteti”nin Biznes Məktəbinin təlimçisi xanım Andrea Lane tərəfindən təşkil olunmuş üç günlük “Sahibkarlığın tədrisi və innovativ təlim üsulları” mövzusunda təlim 13 fevral 2019-cu il tarixində başa çatıb. Təlimdə layihə çərçivəsində pilot olaraq seçilən Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Bakı Mühəndislik Universiteti (BMU) və Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) müəllimləri iştirak ediblər.

   Bakı Mühəndislik Universitetindən sözügedən təlimdə müsabiqə yolu ilə seçilmiş müəllimlərdən Elvin Əlirzayev, Rüfət Məmmədov, Rasim Abutalıbov, Arif Nəcimov və Xatirə Yusifova iştirak edib. Təlim müddətində iştirakçılara sahibkarlığın tədrisi zamanı innovativ təlim üsulları və alətləri, Böyük Britaniyanın “Newcastle Universiteti”nin Biznes Məktəbinin və bu sahədə beynəlxalq təcrübəsi təqdim olunaraq öyrənilmişdir.

  Təlimin ikinci mərhələsi olaraq  6 nəfər müəllimin bu ilin may ayında İngiltərənin “Newcastle Universiteti”nin  Biznes Məktəbinə təcrübə və səfərləri təşkil olunacaq. Bunlarla yanaşı layihə çərçivəsində tərəfdaş və bir çox digər universitetlərdə sahibkarlığın əhəmiyyəti və Britaniya Şurasının təqdim etdiyi onlayn İngilis dili kursları haqqında maarifləndirmə tədbirləri fevral ayından etibarən başlanacaq.

  Təlimin sonunda iştirakçılarla görüşən İİTKM-nin İcraçı direktoru Vüsal Qasımlı təlimin əhəmiyyətini, onun ali təhsil müəssisələrinin müəllim və tələbələri üçün faydalı olacağını bildirib.

   Sonda təlim iştirakçılarına sertifikatlar  təqdim edilib.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2019