Azercell şirkəti Bakı Mühəndislik Universitetində Azercell şirkəti Bakı Mühəndislik Universitetində

, baxılıb - 290 dəfə

Bakı Mühəndislik Universitetinində Müəssisələrlə Əlaqələr və Karyera departamentinin təşkilatçılığı ilə “Azercell Telekom” MMC-nin  "Tələbə Təqaüdü Proqramı"-nın təqdimatı keçirildi. Təqdimat zamanı ”Azercell Telekom” MMC-nin  İnsan Resursları departamentinin əmakdaşları Mədinə Məmmədzadə və Səbinə Əhmədova şirkətin son 10 il müddətində bu proqramda iştirak edən tələbələrdən, seçilmiş tələbələrə təqdim edilən imkanlarlardan və onların bir hissəsinin artıq şirkətdə müxtəlif  vəzifələrdə mütəxəssis kimi işləməyindən bəhs etdi. Həmçinin təqaüd proqramına müraciət zamanı prosedur və qaydalar və müraciət zamanı tələbələrin qarşılaşdığı problemlərlə bağlı ərtaflı məlumat verildi. Proqramın sonunda aktiv iştirak edən tələbələrə “Azercell Telekom” MMC tərəfindən hədiyyələr təqdim olundu.

Qeyd edək ki, Tələbə Təqaüdü Proqramına yalnız 3-cü və 4-cü kurs tələbələri müraciət edə bilər. Proqram üzrə qalib gələn tələbələr cari təhsil müddətinin sonunadək aylıq 200 AZN təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərində və sosial fəaliyyətlərində iştirak etmək, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək şansını əldə edəcəklər.

 

 

Aşağıda qeyd edilən linkə daxil olaraq proqrama müraciət edə bilərsiniz.

https://www.azercell.com/az/company/career/development_oportunities/bursary2018/

Son müraciət tarixi: 18.10.2018

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018