Azərbaycan komandaları “XII Vekua Kuboku Beynəlxalq Proqramlaşdırma müsabiqəsində iştirak edib Azərbaycan komandaları “XII Vekua Kuboku Beynəlxalq Proqramlaşdırma müsabiqəsində iştirak edib

, baxılıb - 312 dəfə

     25-28 may 2018-ci il tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində Suxumi Dövlət Universitetinin bazasında “XII Vekua Kuboku Beynəlxalq Proqramlaşdırma müsabiqəsi” keçirilib. Müsabiqə eyni zamanda Rusiya Federasiyasının, Belorusiya və Ukraynanın bir-neçə şəhərində keçirilib.

Müsabiqədə Rusiya, Ukrayna, Belorusiya, Azərbaycan, Gürcüstan, Ermənistandan olan məktəblilər, tələbələr və veteranlar (ACM ICPC müsabiqələrinin əvvəlki illərin iştirakçiları) iştirak edib.

Müsabiqədə Azərbaycan 5 ali təhsil müəssisəsindən 7 komanda və 2 məktəblilər komandası ilə təmsil olunub:

- Bakı Mühəndislik Universiteti – 2 komanda (6 tələbə) – komanda rəhbərləri: Etibar Seyidzadə, Rauf Süleymanlı
- Azərbaycan Texniki Universiteti – 2 komanda (4 tələbə) – komanda rəhbəri: Vüqar Hüseynli
- Bakı Dövlət Universiteti – 1 komanda (3 tələbə) – komanda rəhbəri: Ramin Mahmudzadə
- ADA Universiteti 1 komanda (1 tələbə)
- Azərbaycan Dövlət Aqrar Universiteti – 1 komanda (3 tələbə) – komanda rəhbəri: Etibar Verdiyev
- Məktəblilər – 2 komanda (4 şagird) – komanda rəhbərləri: Rəşad Məmmədov, Mahmud Allahverdiyev

26 may tarixində fərdi müsabiqə keçirilib. Fərdi müsabiqədə 101 nəfər iştirak edib. İştirakçılara 4 saat ərzində 10 məsələni həll etmək (proqramını tərtib etmək) və avtomatik qiymətləndirmə sistemi vasitəsilə sınaqdan keçirmə tapşırığı verilib.

27 may tarixində komanda müsabiqəsi keçirilib. Komanda müsabiqəsində 78 komanda iştirak edib. İştirakçılara 5 saat ərzində 12 məsələnin proqramını tərtib etmək və avtomatik qiymətləndirmə sistemi vasitəsilə sınaqdan keçirmə tapşırığı verilib.

28 may tarixində müsabiqəninin nəticələr elan edilib və mükafatlandırma mərasimi keçirilib.

Fərdi müsabiqədə:

http://vekua.snarknews.info/index.cgi…

- Mahmud Allahverdiyev (Bakı Mühəndislik Universiteti) – III dərəcəli diplom
- Rəşad Məmmədov (Bakı Mühəndislik Universiteti) – III dərəcəli diplom
- Ülvi Aslanlı (Bakı Mühəndislik Universiteti) – Yüksək nailiyyət sertifikatı
- Rəsul Kərimov (Bakı Mühəndislik Universiteti) – Yüksək nailiyyət sertifikatı
- Məmməd Hacılı (Bakı Mühəndislik Universiteti) – Yüksək nailiyyət sertifikatı
- Əyyub Nəcəfzadə (Bakı Mühəndislik Universiteti) – Fərqlənmə sertifikatı

- Ələkbər Əsgərov (ADA Universiteti) - Yüksək nailiyyət sertifikatı

- Eldar Musayev (Bakı Dövlət Universiteti) – Fərqlənmə sertifikatı
- Hüseyn Qarayev (Bakı Dövlət Universiteti) – Fərqlənmə sertifikatı
- Tamerlan Rəhimli (Bakı Dövlət Universiteti) – Fərqlənmə sertifikatı

- Araz Məhərrəmli (Azərbaycan Texniki Universiteti) – Fərqlənmə sertifikatı
- İqrar Hacızadə (Azərbaycan Texniki Universiteti) – Fərqlənmə sertifikatı
- Samir Əliyev (Azərbaycan Texniki Universiteti) – Fərqlənmə sertifikatı
- Həmid Sultanzadə (Azərbaycan Texniki Universiteti) – Fərqlənmə sertifikatı

- Sahib İbrahimov (Azərbaycan Dövlət Aqrar Universiteti) - Fərqlənmə sertifikatı
- Rəşad Kazımov (Azərbaycan Dövlət Aqrar Universiteti) - Fərqlənmə sertifikatı

- Ziya Muxtarov (Bakı şəhər Akademik Zərifə Əliyeva adına lisey) - Yüksək nailiyyət sertifikatı
- Rafael Sadaddimov (Bakı şəhər 27 saylı tam orta məktəb) - Yüksək nailiyyət sertifikatı
- Abutalıb Namazov (Bakı şəhər Fizika-riyaziyyat və informatika təmayüllü lisey) - Yüksək nailiyyət sertifikatı
- Murad Eynizadə (Lənkəran 4 saylı tam orta məktəbin eksperimental pilot sinifləri) - Yüksək nailiyyət sertifikatı

Komanda müsabiqəsində:

http://vekua.snarknews.info/index.cgi…

- Baku EU 1 (Rəşad Məmmədov, Mahmud Allahverdiyev, Əyyub Nəcəfzadə) - II dərəcəli diplom
- Baku EU 2 (Məmməd Hacılı, Rəsul Kərimov, Ülvi Aslanlı) – III dərəcəli diplom

- Azerbaijan TU 1 (Həmid Sultanzadə, Araz Məhərrəmli, Samir Əliyev) - Fərqlənmə sertifikatı

- Baku State University (Eldar Mustafaev, Hüseyn Qarayev, Tamerlan Rəhimli) – Fərqlənmə sertifikatı

- ADA University (Ələkbər Əsgərov) - Fərqlənmə sertifikatı

- Azerbaijan Schoolers 1 – (Ziya Muxtarov, Rafael Sadaddimov, Abutalıb Namazov) - II dərəcəli diplom
- Azerbaijan Schoolers 2 – (Murad Eynizadə) - Fərqlənmə sertifikatı

ilə təltif olunublar.

Etibar Seyidzadə
Vekua Kuboku Beynəlxalq Proqramlaşdırma müsabiqəsinin
Azərbaycan üzrə koordinatoru

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020