Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşları Bakı Mühəndislik Universitetində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşları Bakı Mühəndislik Universitetində

, baxılıb - 1530 dəfə

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə Bazarı üzrə Təlim və Maarifləndirmə mərkəzi direktoru Anar Həsənov və İnsan Resursları İdarəsinin rəisi Aytən Hüseynova Bakı Mühəndislik Universitetinin Müəsissələrlə Əlaqələr və Karyera departamentinin qonağı oldu. Qonaqları departamentin əməkdaşları Təyyar Mustafayev, Gülçöhrə İbrahimova, Sahilə Daşdəmirova və Vasif Fərəcov qarşıladı. Görüşün əsas məqsədi  Maliyyə Bazarlarına Nəzarət Palatasının təcrübəli mütəxəssislərinin Bakı Mühəndislik Universitetində maliyyə mövzusunda davamlı olaraq seminarlar təşkil etməsi idi. Həmçinin görüşdə tələbələrimizin təcrübə proqramlarına cəlb edilməsi məsələləri müzakirə edildi. Bundan əlavə əməkdaşlar məzunlarımızın Maliyyə Bazarlarına Nəzarət Palatasında olan vakant yerlərə cəlb edilməsində maraqlı olduqlarını, Universitetlə əlaqələrin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi məqsədi ilə ikitərəfli əməkdaşlıq müqaviləsinin bağlanılmasını arzu etdiklərini bildirdilər.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsdir və öz fəaliyyətində müstəqildir. Palata kredit təşkilatları, sığorta sektoru, qiymətli kağızlar bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət funksiyalarını həyata keçirir.

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2017