Avrora şirkəti ilə əməkdaşlıq görüşü Avrora şirkəti ilə əməkdaşlıq görüşü

, baxılıb - 292 dəfə

Universitetlərələ sənaye müəssisələrinin əməkdaşlıq etməsinin vacibliyi  və sənayenin sahələrinə aid  bir çox problemlərin birgə həll edilməsi günümüzün vacib mövzularından biridir. İndi Azərbaycanda fəaliiyət göstərən sənaye müəssisələri universitetlərin elmi bazasından və tələbə-məzunlarından öz fəaliyyətlərində yetərincə istifadə etməkdə maraqlıdırlar. Əslində univeristetlər də bu qarşılıqlı əmakdaşlıqdan bir çox səhədə faydalana bilirlər. Tələbələrin ixtisaslarına uyğun istehsalat gəzintiləri, təcrübə proqramları, məzunların isə iş tapma imkanlaırı bu kimi əməkdaşlığın bəhrəsidir. Bakı Mühəndislik Universiteti də sənaye müəssisələri ilə çox istiqamətli əməkdaşlığı özü üçün əsas məqsədlərdən biri kimi seçib və bu sahədə bir çox fəaliyyətlər həyata keçirir. 26.05.2017-ci il tarixində universitetimizin Müəssisələrlə Əlaqələr və Karyera Departamentinin direktoru Dos. Təyyar Mustafayev və Karyera sektoru üzrə mütəxəssis Gülçöhrə İbrahimova Avrora şirkətinin İnsan Resursları departamentinin direktoru Vəfa İsmayılova və İşə Qəbul Şöbəsinin rəhbəri Fidan Hüseynova ilə görüş keçirdilər. Görüş zamanı Bakı Mühəndislik universiteti ilə Avrora şirkəti arasında əməkdaşlıq etmənin bütün sahələri müzakirə edildi. Vafa xanım tələbələrin Avrora şirkətinin müvafiq şöbələrində təcrübə keçmələrində və şirkətin mövcüd işçilərinin bəzi sahələrində universitet müəllimləri tərəfindən kurslara cəlb edilməsində maraqlı olduqlarını qeyd etdi, gələcək tədris ilində də əməkdaşlığın daha da inkişaf etdirilməsini vurğuladı. 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2017