Avropa komissiyasının layihə rəhbəri BMU-da olub Avropa komissiyasının layihə rəhbəri BMU-da olub

, baxılıb - 145 dəfə

 

     Avropa Komissiyasının “Azərbaycanın ali təhsil sistemində tədqiqatın inkişafı və innovasiyanın gücləndirilməsi” layihəsinin rəhbəri Gulda Krzysztof və ekspert Jacek Gajevski  Bakı Mühəndislik Universitetində olub. Universitetin rektoru, professor Havar Məmmədov  qonaqlara universitet haqqında ətraflı məlumat verib. Bildirib ki, müasir maddi-texniki bazaya və texnoparka malik olan universitet beynəlxalq layihələrdə iştirak edir.

  Layihə haqqında məlumat verən Gulda Krzysztof qeyd edib ki, layihənin əsas məqsədi ali təhsil sistemində tədqiqatların inkişafı və innovasiya siyasətinin gücləndirilməsinə dəstək göstərməkdir.

 Universitetin prorektorlarının da iştirak etdiyi görüşdə müvafiq layihə çərçivəsində birgə əməkdaşlıq istiqamətləri üzrə geniş müzakirələr aparılıb.

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018