BMU tələbələrindən daha bir nailiyyət BMU tələbələrindən daha bir nailiyyət

, baxılıb - 217 dəfə

 

    Bakı Mühəndislik Universitetinin Sənaye Mühəndisliyi və Mühasibat Uçotu və Audit ixtisası üzrə təhsil alan tələbələri ADA Universitetində keçirilən ilk "Big Data Analytics Hackathone" yarışının qalibi olub.Qeyd edək ki, həmin yarışmada birinci yerlə yanaşı 3-cü yerin sahibi də BMU -nun digər komandası layiq görülüb. Qaliblər 3 əsas- innovativlik, texniki yanaşma və təqdimat prinsipləri əsasında seçiliblər.

    Data üzərində verilən tapşırıqların öhdəsindən məharətlə gələn komandalar müvafiq yerlər üzrə "Paşa Bank"-dan 3000 Azn və "Asan Xidmət"-dən 500 Azn mükafatlar qazanıblar.
  Qaliblər uğurlarının səbəbini universitetdə öyrəndikləri nəzəri bilikləri universitet nəzdində fəaliyyət göstərən BMU Texnoparkında çalışaraq praktikaya çevirmə imkanları ilə ciddi əlaqəli olduğunu qeyd ediblər.

     Çünki həmin tələbələr BMU-da yüksək nəzəri təhsil almaları ilə yanaşı Bakı Mühəndislik Universiteti Texnoparkında fəaliyyət göstərən QSS Analytics şirkətində təcrübə keçirlər.

 

 

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018