BMU-da Novruz şənliyi keçirilib. BMU-da Novruz şənliyi keçirilib.

, baxılıb - 533 dəfə

Bakı Mühəndislik Universitetində xalqımızın milli bayramı olan Novruz bayramına həsr olunmuş tədbir keçirilib.Universitetin həyətində təşkil olunmuş tədbirdə Novruz bayramına aid milli mətbəx, milli oyunlar və adət- ənənələr nümayiş olunub. Şənliyə qatılan universitetin rektor səlahiyyətlərini icra edən professor Havar Məmmədov bayram münasibətilə müəllim və tələbələri təbrik edib, milli- mənəvi dəyərlərimizdən və onlar içərisində novruzun xüsusi yeri olmasından danışıb. Novruz tonqalını alışdıran professor gənclərin milli ruhda böyüməsi üçün milli adət-ənənələrimizi öyrənmələrini və yaşatmalarını tövsiyyə edib.

 

   Qeyd edək ki, universitetdə alimlər tərəfindən tələbələrə “Novruz bayramının qaynaqları və mənəvi dəyərləri” mövzusunda seminar verilib.

Şənlik novruza xas oyunlar, milli rəqslər və milli musiqi ifaları ilə davam edib.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018